Tanınmış türkiyəli sədəfkar dünyasını dəyişib Mədəniyyət

Tanınmış türkiyəli sədəfkar dünyasını dəyişib

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi türkiyəli sənətçi Zəfər Karazeybekin 65 yaşında vəfat etdiyini açıqlayıb.

Nazirlikdən verilən yazılı açıqlamada, "Türk dekorativ-tətbiqi sənətinin ustası, ənənəvi sədəf sənəti sahəsində dərin izlər qoyan nazirliyimizin rəssamı Zəfər Karazeybekin vəfatını dərin hüznlə öyrəndik. Bursada doğulan sənətçi tarixi əsərin bərpasından tutmuş, xəttarlıq işlərinə qədər mədəniyyətimizə və incəsənətimizə əvəzsiz töhfələr verdi. Əl əməyi ilə hazırladığı hər bir əsərdə ənənə və ustalıq izləri var idi. O, öz əsərləri ilə yaşayacaq və onun adı mədəniyyət tariximizdə daim xatırlanacaq. Mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına və bütün sənət camiəmizə başsağlığı veririk” deyə bildirilib.

Qeyd edək ki, sənətçinin cənazəsinin bu gün günorta saatlarında Bursa Ulucamidə qılınacaq cənazə namazından sonra Orhangazi mahalının Çakırlı Məhəlləsində dəfn ediləcəyi bildirilib.