Məşhur aktrisa Hollivudla vidalaşır - FOTO Mədəniyyət

Məşhur aktrisa Hollivudla vidalaşır - FOTO

İki dəfə Oskar mükafatı qazanan Keyt Blanşet aktyorluğu tərk etməyə hazırlaşır.

Xalqcebhesi.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 illik karyerası ilə milyonların sevimlisinə çevrilən avstraliyalı ulduz Hollivuda vida etməyi düşündüyünü bildirib.

“Həyatımda etmək istədiyim başqa işlər var”, - o deyib.

Blanşet hələ də şöhrətə tam öyrəşmədiyini, illərlə diqqət mərkəzində olmaqla mübarizə apardığını qeyd edib.

“Rahat hiss etmək üçün bir ömür sərf etdim”, - aktrisa qeyd edib.

1428910

1428911