Ruslan Şahmalıyev Rusiyada vəfat etdi Mədəniyyət

Ruslan Şahmalıyev Rusiyada vəfat etdi

Azərbaycan əsilli rejissor və kinossenarist Ruslan Şahmalıyev 88 yaşında Rusiyada vəfat edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqraflar İttifaqının məlumatında deyilir.

“17 aprel 2025-ci ildə dostumuz Ruslan Həsən oğlu Şahmalıyev aramızdan ayrıldı. Ailəsinə və yaxınlarına başsağlığı veririk”, - deyə bildirilib.

Qeyd edək ki, Sovet kinematoqrafiyasının görkəmi nümayəndəsi sayılan Şahmalıyev onlarla elmi-populyar və sənədli filmin, o cümlədən “Xəzər üzərində körpü”, “Dostluq möhkəmlənəcək”, “Rus mətbəxi”, “Temir-Tau”, “Axar suların nəğməsi”, “Müslüm Maqomayev”, “Oxuyan torpaq”, “Bakı memarlığı – dünən, bu gün – sabah”, “Kiçik Qafqazın ətəkləri”, “Yer – kosmos - əlaqə” və “Qafqazın bioenergetik masajı” kimi ekran əsərlərinin müəllifidir.