

18 Aprel 19:52
Aprelin 18-də qeyd edilən Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan tarix-mədəniyyət qoruqları və muzeylərdə “açıq qapı” günü elan edilib.
AZƏRTAC xəbər verir ki, bu gün sözügedən obyektlərə giriş bütün ziyarətçilər üçün ödənişsiz olacaq.