
Sinirlioğlu İrəvana gəldi, sülh prosesi müzakirə edildi
20 Aprel 19:29
20 Aprel 19:29
20 Aprel 17:20
Salzburg şəhərində fəaliyyət göstərən Azərbaycan Evi təkcə Avstriyada yaşayan soydaşlarımız üçün deyil, həmçinin yerli sakinlər – avstriyalılar üçün də mədəniyyətlərarası dialoqun canlı ünvanına çevrilib. Burada keçirilən tədbirlər, təqdimatlar və fərdi qəbullar Azərbaycan mədəniyyətinə maraq göstərən hər kəs üçün yeni imkanlar yaradır.
Cəmiyyətdən "Xalq Cəbhəsi"nə verilən məlumata görə, bu dəfəki xüsusi qonaq Avstriya vətəndaşı Bernhard Kirchsteiger oldu. Azərbaycan mədəniyyətinə böyük maraq göstərən Bernhard Kirchsteiger, Azərbaycanı may ayında ziyarət etməyi çox istədiyini bildirdi. O, Salzburg Azərbaycan Evində ölkəmizin zəngin mədəni irsi və milli dəyərləri ilə yaxından tanış olmaq imkanı əldə etdi.
Qonağa Azərbaycan Evinin rəhbəri Fərid Əzizov tərəfindən ölkəmiz haqqında ətraflı məlumat verildi. Görüş zamanı Bernhard Kirchsteiger Azərbaycanın turizm imkanları, tarix və mədəniyyət baxımından zəngin bölgələri, eləcə də turistlərin maraq göstərdiyi məşhur məkanlar haqqında geniş məlumat aldı.
Azərbaycanın milli geyimlərini böyük maraqla qarşılayan Bernhard Kirchsteiger, həmin geyimlərlə xatirə şəkilləri çəkdirdi. Eyni zamanda, ona Azərbaycanı səfər etmək üçün dəstək göstərildi və ASAN Viza sistemi vasitəsilə vizası təmin edildi. Qonağa həmçinin Azərbaycanın müxtəlif bölgələrini tanıdan broşürlər və nəşrlər hədiyyə olundu.
Sonda Bernard, Salzburg Azərbaycan Evinin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürünü bildirərək, Azərbaycan mədəniyyətini tanımaqdan məmnun olduğunu qeyd etdi.
Salzburg Azərbaycan Evi bu kimi təşəbbüslərlə Azərbaycan mədəniyyətinin Avropada tanıdılması və təbliği istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Cavid