
Sinirlioğlu İrəvana gəldi, sülh prosesi müzakirə edildi
20 Aprel 19:29
20 Aprel 19:29
20 Aprel 17:20
Aprelin 19-da və 20-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında danimarkalı yazıçı Hans Xristian Andersonun 220 illiyinə həsr olunan “Düyməcik” tamaşasının premyerası keçirilib.
Teatrın mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən xəbərə görə, yazıçının eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamları Şahin Hüseynli, Yekaterina Xaritonova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assisenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.
"Düyməcik"də rolları Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Məmmədov, Xəyalə Qasımova, İlhan Sadıqov, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb Abuşov, İradə Rəşidova, Anar Seyfullayev, İlahə Əmirxanova, Aybəniz Heydərova, Nuranə Vaqifqızı, Gülbəniz Lətifova ifa edirlər.
Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən nağıl insanlara həyatda baş verən istənilən çətinlik qarşısında heç vaxt ümidsizliyə qapılmamağı, xoşbəxtliyə çatmaq üçün isə təmiz qəlbə, mərhəmətli düşüncəyə sahib olmağı təlqin edir.