

Mayın 1-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının bədii rəhbəri Salman Qəmbərovla görüş keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində keçiriləcək görüşdə caz ifaçılığı sənətinin tədrisi, konsert yaradıcılığı, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət aparılacaq.
Həmçinin görüş çərçivəsində müxtəlif caz musiqisi kompozisiyaları da təqdim olunacaq.