İbrahim Tatlısəsin inanılmaz sərvəti... Mədəniyyət

İbrahim Tatlısəsin inanılmaz sərvəti...

Türkiyəli müğənni İbrahim Tatlısəsin sərvəti gündəm olub.

Xalqcebhesi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı ölkə mediasında məlumatlar yayıb.

İddialara görə, ifaçının İstanbulda avtomobil parkı, bir qayığı, 2 motosikleti, 2 “Mersedes” markalı avtomobili, 3 Jeep-i, 1 limuzini, 20 şirkət maşını var.

“Həmçinin Tatlısəsin Seyrantəpədə 1,5 sot torpaq sahəsində yerləşən kabab restoranı, televiziya binası, “Tatlıses Şirkətlər Qrupu”, emalatxanası və mağazası mövcuddur. Bundan əlavə, Sarıyerdə lüks villa, Seyrantəpədə 3, Şanlıurfada bir mənzil və 3 sot torpaq sahəsi də onun mülkləri arasındadır. Bodrumda villalar, 6,6 hektarlıq ərazidə, dəniz sahilində 26 otaqlı otel, Kuşadasında 8 sot ərazidə inşa edilən 6 mərtəbəli, 157 otaq və 314 çarpayılıq “Tatlıses Hotel” də onun əmlakları sırasındadır”, – deyə bildirilib.