Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
istiqamətində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən işlər davam etdirilir. Layihənin yüksək səviyyədə icrası üçün nazirlik tərəfindən yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlərə də müraciət olunub. Bununla əlaqədar İtaliyanın dünyaca məşhur aparıcı multimedia şirkəti olan “G GROUP” şirkəti ilə əməkdaşlığa başlanılıb. “G GROUP” şirkəti bir sıra beynəlxalq layihələri uğurla icra edib.
Qeyd edək ki, 9 fevral 2021-ci il tarixində şirkət nümayəndələri ilə Nazirliyin rəhbərliyi arasında onlayn görüş təşkil edilib və ilkin müzakirələr aparılıb.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının mükəmməl işlənilməsi üçün məkanla yerində tanış olmaq mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə cari ilin 19-21 fevral tarixində “G GROUP” şirkətinin işçi heyətinin - yaradıcı icraçı direktor və bədii rəhbər Fabrizio Conti, strategiya üzrə məsləhətçi Laura Conti, memar, muzey və ekspozisiya dizayneri Nicola Pavan və memar Carlo Pavan Bakıya səfəri təşkil olunub.
Səfərin ilk günü mədəniyyət naziri Anar Kərimov və işçi nümayəndə heyəti arasında görüş keçirildi. Görüş zamanı nazir Anar Kərimov Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin dövlətimizin və xalqımızın əzmkarlığı nəticəsində qazandığı Şanlı Qələbəni, Vətən müharibəsinin gedişatını müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olmasının vacibliyini vurğuladı.
Həmçinin görüşdə layihə çərçivəsində görüləcək işlər, ilkin ideyalar və planlar müzakirə edildi.