“Razılaşdırılmayan məsələlər bizə yenidən ağrılar yaşada bilər” Gündəm

“Razılaşdırılmayan məsələlər bizə yenidən ağrılar yaşada bilər”

“Ermənistan yarımçıq sülh müqaviləsinin bağlanılmasına cəhd edir, biz isə gələcək nəsillərə sonradan partlayacaq “siyasi mina” qoyub getməməliyik”.
Bu sözləri Xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, müəyyən ciddi məsələlər var ki, Ermənistan Azərbaycanla razılığa gəlməlidir: “Hazırda o məqamların 90 faizi razılaşdırılsa da, qalan 10 faiz əsas strateji məsələlərdir. Ermənistan yarımçıq sülh müqaviləsi bağlanılmasına cəhd edir ki, qalan 10 faiz məsələ gündəmdən çıxsın. Amma həmin məsələlər sonradan bizə 1918, 1923, 1988-ci ilin ağrılarını yaşada bilər. Biz gələcək nəsillərə sonradan partlayacaq “minalı” sülh müqaviləsi qoyub getməməliyik”.

Günel Elxan