“Bank müştərinin tələbini yerinə yetirmirsə...”-ekspert Gündəm

“Bank müştərinin tələbini yerinə yetirmirsə...”-ekspert

Bankların ödəniş cədvəlində ilk öhdəliklər üzrə faiz ödənişləri önə salınır. İstehlak kreditlərndə ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir.
Bu da vədəndaşlarda haqlı narazılıq yaradır.
İqtisadçı ekspert Ruslan Atakişiyev xalqcəbhəsi.az-a açıqlamasında bildirib ki, bir sıra banklar öz müşrətiləri ilə münasibəti özlərinin daxili siyasətlərinə uyğun formalaşdırırlar: “Amma bütün hallarda onların xidmətlərindən istifadə edən şəxslər istehlakçı sayılırlar”.
Ekspert qeyd edib ki, bu baxımdan da hər hansı bir müştərinin ixtiyarı var ki, birinci növbədə banka onun əlaqə vasitələri üzərindən yazılı şəkildə müraciət etsin: “Çünki ümumiyyətlə, bankların Mərkəzi Bank qarşısında öhdəliyi ondan ibarətdir ki, onlara ünvanlanmış hər hansısa bir şikayətlərə, iradlara cavab versinlər. Bunlarla bağlı da Mərkəzi Banka hesabat verməlidirlər ki, onlara ünvanlanmış şikayətlər nə qədər olub, nə qədərinə baxılıb və nə qədəri həllini tapıb. Əgər bank da müştərinin tələbini yerinə yetirmirsə, bu zaman Mərkəzi Banka müraciət edə bilərlər. Ümumiyyətlə, banklar özləri bir sıra hallarda müxtəlif daxili siyasət şəklində bunları həyata keçirirlər. Müştəri bu məsələni müvafiq qurumlar qarşısında qaldırmaqla, bankın rəhbərliyi və Mərkəzi Banka şikayət etməklə həllinə nail olmağa çalışa bilər”.

Röya İsrafilova