Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
“Azərbaycanın qazandığı Zəfəri, yeni reallıqları qəbul etmək istəməyən dövlətlər var. Ermənistandan da çox erməni mövqeyi sərgiləyən Fransa və Fransanın bu mövqeyini dəstəkləyib cəsarət verən Bayden hökuməti Ermənistanı açıq şəkildə silahlandırmaqla Cənubi Qafqazdakı sülh və əmin-amanlığın əldə edilməsinə ən böyük təhdid və maneçilik törətməkdədir”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.
O vurğulayıb ki, onlar Azərbaycanın güclənməsini, müstəqil siyasət yeritməsini, Azərbaycan-Ermənistan münasibətlərində normallaşmanın olmasını istəmirlər: “Onlar Cənubi Qafqazda Ermənistanı tərəflərinə çəkərək onu tamamilə Rusiyanın nəzarətindən çıxarıb öz alətlərinə çevirib ömürlük nəzarətlərində saxlamaq və Ermənistan vasitəsi ilə Cənubi Qafqazda öz planlarını reallaşdırmaq istəyirlər. Ancaq bütün bunlara baxmayaraq Azərbaycan ilk gündən sülhün tərəfdarı olaraq çıxış edib. Cənab Prezident dəfələrlə sülh istədiyimizi, sülhün əldə olunması üçün mümkün vasitələri işə saldığımızı bəyan edib”.
Deputat bu gün də sülhün əsas carçısı Azərbaycanın olduğunu bildirib: “Ancaq təəssüflər olsun ki, Fransa və ABŞ Bayden hökuməti Ermənistanı sülhpərvər dövlət, Paşinyanı isə sülh tərəfdarı olan bir siyasətçi kimi dünya ictimaiyyətinə sırımaq istəyirlər. Lakin dünya ictimaiyyəti reallıqları görür və anlayır ki, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən bir ölkənin sülhdən danışması və yaranmış bu şansı düzgün dəyərləndirməyərək, hər dəfə müəyyən bəhanələr gətirərək sülh mətnində razılaşdırılmayan maddələr üzrə öz təkliflərini verməkdənsə həmin maddələri tamamilə mətndən çıxararaq təkrar göndərməklə vaxt qazandıqları sirr deyil. Bu baxımdan Qərb dairələrinin, Ermənistanın havadarlarının həyata keçirdikləri bu ikili standart və siyasəti heç cürə başa düşə bilmirik”.
Röya İsrafilova