Quterreş 11 gün ərzində Bakıya iki dəfə gələcək
8 Noyabr 23:05
8 Noyabr 23:05
8 Noyabr 20:45
8 Noyabr 20:03
BMT Baş katibi Antonio Quterreş həftəsonu Bakıya səfər edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu Report-a açıqlamasında Baş katibin sözçüsünün müavini Stefani Tremblay deyib.
O bildirib ki, Baş katib COP29-un açılışında çıxış edəcək:
"Baş katib çərşənbə axşamı COP29-un açılış mərasimində çıxış edəcək və dünya liderlərini fosil yanacaq istehsalını və istehlakını azaltmaq üçün səyləri artırmağa, ədalətli və effektiv razılığa gəlməyə çağıracaq. O, üzv ölkələri karbon bazarını inkişaf etdirməyə və digər tədbirlərlə yanaşı, bütövlükdə iqlimin maliyyələşdirilməsində əsaslı dəyişikliyə çağıracaq. Baş katib həmçinin üzv dövlətləri 1,5 dərəcə ilə uyğunlaşmaq üçün milli töhfələri təqdim etməyə çağıracaq".
S.Tremblay əlavə edib ki, Quterreş noyabrın 15-də G20 toplantısında iştirak etmək üçün Braziliyanın Rio-de-Janeyro şəhərinə gedəcək və COP29-un yekununda iştirak üçün yenidən Bakıya dönəcək.