“Dağ rayonlarındakı kəndlərdə şagirdlərin sayı ilbəil azalır” Gündəm

“Dağ rayonlarındakı kəndlərdə şagirdlərin sayı ilbəil azalır”

“Dağ rayonlarındakı kəndlərdə şagirdlərin sayı ilbəil azalır. Ailələr müxtəlif səbəblərdən kəndləri tərk edirlər. Bununla bağlı köklü qərarlar qəbul etmək lazımdır”.

Xalqcəbhəsi.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirəsi zamanı bunu deputat Anar İskəndərov deyib.
A.İskəndərov əlavə edib ki, büdcədən təhsil xərclərinə ayrılan vəsait hər il artır: “Dövlət büdcəsindən 2025-ci il üzrə təhsil xərclərinə 4 milyard 946 milyon manat vəsait ayrılıb. Bunun büdcədəki xüsusi çəkisi 12 faizdir. Müəllimlərin sertifikasiyadan keçirilməsinin məqsədi müəllimin nüfuzunu artırmaqdır. Bu, savadı çatmayan müəllimlərin təhsil sistemindən uzaqlaşdırılmasına xidmət edir”.
O, həmçinin, tələbə krediti məsələsinə toxunaraq, ödənişi ödəyə bilməyən tələbələrə kredit verilməsinin doğru olduğunu qeyd edib.