“Fenilketonuriya yeni xəstəlik deyil”-Vaqif Qarayev Gündəm

“Fenilketonuriya yeni xəstəlik deyil”-Vaqif Qarayev

“Son günlər mətbuatda “Azərbaycanda yeni xəstəlik tapılıb və müalicəsi yoxdur”,-kimi və ya buna bənzər başlıqlar yazılır. Fenilketonuriya yeni xəstəlik deyil, illərdir var”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu həkim-pediatr Vaqif Qarayev deyib.
V.Qarayev əlavə edib ki, bu irsi xəstəlikdir: “Uşaqlarda əqli gerilik, ağır hallarda epileptik tutmalar, geridönməyən koqnitiv pozğunluqlar müşahidə olunur.
Vaxtında aşkar olunduqda xəstəliyin proqressivləşməsinin qarşısını almaq olur. Bunun üçün doğulandan sonra "daban testi" aparılmalıdır. Özəl müəsssisələrdə bu skrininq aparılır. Dövlət klinikalarında bu testin aparılmasını, həm də cavabını tələb etmək lazımdır”.