“Azərbaycanda 473 məktəbin əsaslı təmirə ehtiyacı var” Gündəm

“Azərbaycanda 473 məktəbin əsaslı təmirə ehtiyacı var”

“Azərbaycanda 473 məktəbin əsaslı təmirə ehtiyacı var. Bu ümumi məktəblərin cəmi 10 faizini təşkil edir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası 2025-ci ilin dövlət büdcəsi haqqında qanun” layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib: “Gələn il 123 məktəbin əsaslı təmirinin aparılması nəzərdə tutulub”.