Suriyanın Zəngəzur dəhlizi ilə nə əlaqəsi var? Gündəm

Suriyanın Zəngəzur dəhlizi ilə nə əlaqəsi var?

Rusiya Suriyada hərbi mövcudluğunu davam etdirəcək?!

Türkiyə və ABŞ-nın bir başa iştirakı ilə Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra, Rusiyanın Suriyada Tartusdakı hərbi dəniz, Xmeymimdəki hərbi hava bazaları ölkədə mövcudluğunu davam etdirə bilər. Heç şübhəsiz ki, Bəşər Əsəd rejimini ayaq üstə saxlayan Rusiya və İranın hərbi qüvvələrinin ölkədən çıxarılması təbii görünür. Ancaq, regiondakı proseslər və mövcud geosiyasi vəziyyət fərli qənaəti ortaya çıxarır.

Bunu “Xalq Cəbhəsi”nə politoloq Vüqar Dadaşov deyib.

Onun fikrincə, Bəşər Əsəd rejimi devrildikdən dərhal sonra, ilk olaraq Türkiyə kəşfiyat rəhbəri İbrahim Kalının Dəməşqə səfəri, ABŞ dövlət katibi Entoni Blinkenin isə Ankaraya səfəri Suriya hökümətinin formalaşmasının Türkiyədə həll edilməsini və bu barədə Entoni Blinkenin açıqlaması Suriyadakı proseslərin tam olaraq Türkiyənin istək və nəzarəti ilə davam etdiyinə sübutdur. Məlumat var ki, Türkiyə Suriyada Bəşər Əsəd rejiminin devrilməsini Rusiya ilə razılaşdırıb: “Bəşər Əsədin Rusiya qaçırılması və onu aparan təyyarəsinin təhlükəsizliyinə Türkiyənin zamanəti ortadadır. Üstəlik, Türkiyə prezidenti cənab Ərdoğanın Qaziantepedə Rusiya prezidenti Vladimir Putin haqqında dedikləri və Rusiyanın Bəşər Əsəd rejiminin devrilməsindən dərhal sonra rus qoşunlarının təhlükəsizliyi və ölkədən çıxarılmasında Türkiyəyə xahişi deyilən sövdələşmənin mövcudluğuna inam artırır. Əlbəttəki, Rusiya hərbi bazalarının Suriyada mövcudluğunun təkcə Bəşər Əsəd rejiminin devrilməsinə Rusiyanın razılığının verilməsi müqabilinə, ağırlığına uyğun gəlmir. Olsun ki, Suriyada Rusiyanın hərbi mövcudluğunun davamı müqabilində, Zəngəzur dəhlizinin açılması və dəhlizin təhlükəsizliyi üçün Azərbaycan və Türkiyənin nəzarətində bufer zonanın yaradılması razılaşma predmetidir. Suriya ilə bağlı Türkiyə və Rusiya ilə hər hansı razılaşma olubsa, bu razılaşma mütləq Ukraynada gedən müharibəni də əhatə edir”.

V.Dadaşovun fikrincə, qaldı ki, Rusiyanın Suriyadakı hərbi bazalarının mövcudluğunun davamının hüquqi əsaslarına, əlbəttə ki, Rusiya öz hərbi bazalarının Suriyada yerləşməsini Bəşər Əsədlə yox, müvafiq beynəlxalq müqavilə ilə Suriya dövləti ilə 49 il müddətinə və sonradan 25 il uzadılması imkanı ilə razılaşdırıb. Yeri gəlmişkən, Tartusdakı hərbi baza hələ SSRİ dövründə, 1971-ci ildə ikitərəfli razılaşma əsasında yaradılıb. Sözsüz ki, Rusiya ilə beynəlxalq müqavilənin denonsasiyasını Suriyanın yeni hpküməti bir tərəfli qaydada həyata keçirə bilər, o şərtlə ki, müqavilə şərtlərində denonsasiya nəzərdə tutulubsa. Ancaq, Rusiyanın belə mahiyyətli müqavilə imzalaması inandırıcı deyil. Bu arada da Kremildən verilən məlumata görə, Rusiya Suriyanın yeni hakimiyəti ilə hərbi bazalarının saxlanılması üçün danışıqlar aparır: “Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik mətbuat konfransında da "Rusiya və ya hər hansı bir ölkənin hərbi bazalarının Suriyada qalıb-qalmaması məsələsi iki tərəf arasında həll edilməlidir" - deyə bildirib. Belə gedişlə, Rusiya Suriyada öz hərbi mövcudluğunu qoruya bilər təbii ki, ancaq Türkiyə ilə razılaşmala. Suriyada Bəşər Əsəd rejiminin devrilməsində İsrailin iştirakı ilə bağlı müəyyən fikirlər var və hətta İsrail baş naziri Benyamin Netanyahu belə bir açıqlamada verib. Ancaq, Bəşər Əsəd rejiminin devrilməsindən sonra əldə olunan sənədlər Bəşər Əsəd rejiminin İsraillə əməkdaşlığı, xüsusi xidmət orqanlarının birgə fəaliyyətuni təsdiq edən sənədlər aşkar edilib. Əlbəttəki, İsrail yaranmış vəziyyətsən fürsətçilik də edə bilər. İranın Suriyada hərbi mövcudluğu sona yeyib, İranın İraqdan da çıxarılması növbəti mərhələdə baş tutacaq”.

Cavid