Bakının tıxac dərdi: problemin kökü və çıxış yolları
18 Dekabr 23:30
Rəqəmlərin, ideyaların, müqayisələrin dili ilə nəticələr
Ermənistan və Azərbaycan arasındakı münasibətlər, uzun illər davam edən Qarabağ münaqişəsi fonunda mürəkkəb və çətinliklərlə dolu bir tarixə malikdir. Bu münaqişənin kökləri, hər iki ölkənin milli identiteti, tarixi ərazi iddiaları və etnik mənsubiyyət anlayışları ilə dərin bağlıdır. Təhlillər göstərir ki, qarşılıqlı münasibətlərdən asılı olmayan təktərəfli işğal faktı və yanaşmasının yüzillik tarixi mövcuddur və hazırda meydana çıxan reallıqlar məhz Ermənistanın 2020-ci ildə Vətən müharibəsində məğlub olmasına dayanır. Sözügedən tarixi proseslə birlikdə yüz il ərzindıə yol verilən tarixi çatışmazlıqların da bərpa edilməsi prosesi başlayıb.
"Tseghakronizm" (müxtəlif şəkildə tərcümə olunur: "milli-dini ideologiya" kimi də tanınır) Ermənistanda 20-ci əsrin əvvəllərində yaranmış bir milli ideologiyadır. Bu anlayış, Garegin Nzhdeh (Garegin Ter-Harutyunyan) tərəfindən təbliğ edilir və əsasən erməni milli identitetinin və erməniruhunun gücləndirilməsini özündə əks etdirirdi.
Tseghakronizm ideologoiyası etnik mənsubiyyətin və milli ruhun qorunmasını, həmçinin erməni xalqının tarixi və mədəni irsinə sadiqliyi önə çəkmək üçün böyük “inkişaf” yolu da qət edə bilib.
Nzhdehin ideologiyasında özünüdərk və milli həmrəylik əsas yer tutur, bu da ermənilərin öz milli kimliyini qoruyaraq, daha güclü və müstəqil bir cəmiyyət qurmaq ideyasını əhatə edirdi. Tseghakronizm həmçinin Ermənistanın tarixi dövlətlərinin və qəhrəmanlarının irsini qorumaq və bu irsi gələcək nəsillərə ötürmək məqsədi daşıdığını daim uca səslə bəyan etməkdədir. Şübhəsiz ki, belə bir kontekstdə dini elementləri də özündə birləşdirməklə Erməni Apostolik Kilsəsinin milli mədəniyyətdəki rolunu da başqa bir səviyyəyə çıxartmağa cəhd edir .
Amma ən xoşagəlməzi də odur ki, Tseghakronizm zamanla müxtəlif şəkillərdə dəyişikliklərə uğrasa da, Ermənistanın müasir siyasi və mədəni həyatında müəyyən qədər təsirini davam etdirməkdədir, l Nzhdeh'in ideyaları, milli həmrəylik və müstəqillik ideyaları ilə əlaqəli olaraq, bəzi milliyətçi qruplar tərəfindən hələ də istinad olunur. Onun nəticəsində ortaya çıxan tarixi cinayətlərə bir az sonra nəzər salacağıq.
Hazırda sülh danışıqları kontekstində aparılan müzakirələrdə Ermənistanın şərtlərə yaxın gəlməməsi ilə yanaşı istifadə etdiyi yanaşma, texniki olaraq üslub, başqa sözlə, “dil” geniş müsətvidə narahatlıqlara səbəb olmaqdadır. Hətta bu 100 illik revanşist, düşmənçilik toxumlarının ucbatından Vətən müharibəsində məğlub olmuş Ermənistanla bağlanacaq sülh müqaviləsinin mətninin yekun razılaşdırılmasına qədər Azərbaycan rəhbəri israr edir ki, İrəvanda konstitusion dəyişikliklərin sürətlə reallaşdırılması baş verməlidir və ölkənin əsas qanunuda yer alan qonşu dövlətlərə ərazi iddiasını dəstəkləyən Müsətqillik Bəyannaməsinə əl gəzdirilməlidir. Lakin biz, görürük ki, qonşu dövlət hazırda silahlanma və sülhdənqaçma niyyətini sərgiləməkdədir.
Bu isə artıq Tseghakronizmdən qaynaqlanan nifrət nitqinin aşkar nümayişi ilə özünü göstəməklə yanaşı, Azərbaycanı da eyni mətnlə ittiham etməyə başlamaları aşağıdakı nəticələri də doğurur:
- Azərbayanı nifrət nitqində ittiham edənlər üçün tarixi sosial və hüquqi, mədəni- ideoloji dövrləşdirmə və təhlilləşdirmə mövcud deyil. Məsələn, təkcə son müharibənin statistikasına görə, 1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:
Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km2. (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut);
Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi – 1875 km2;
Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 1936 km2
Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1154 km2;
Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 km2;
Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1112 km2;
Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 826 km2;
Zəngilan rayonu: işğal tarixi - 30 oktyabr 1993-cü il, ərazisi - 707 km2 .
Statistikanın sadə dildə ifadəsi ilə desək: Azərbaycanda nifrət ab-havasının yaranması təbii olmaqla yanaşı, torpaqlar işğal altında idi - yəni səbəb işğal faktına bağlıdır.
- İkincisi, biz torpaqları azad etdik, nifrətlə bağlı dinamika Azərbaycanda zəiflədi, amma Ermənistanda artdı, buraya mediada və ictimai diskursda mənfi stereotiplər və alçaldıcı ifadələr daxil etsək, bəzən hətta rəsmilər tərəfindən təşviq edilən ifadələri aşkar görə bilərik.
Digər tərəfdən cari ildə iki ölkədə keçirilən rəy sorğularında ictimai rəyin bir-birinə qarşı düşmənçilik, nifrət ölçülərini də anlamaq mümkündür.
ABŞ-nin “Gallup” Beynəlxalq Sosial-Araşdırmalar Mərkəzinin aprel ayında Ermənistanda keçirdiyi rəy sorğusu nəticəsinə görə respondentlərin 98,5 faizi Azərbaycanı düşmən dövlət sayır .
2024-cü ilin iyun ayında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilmiş sorğunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin 83.8%-i “bəli, dəstəkləyirəm”, 13.5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. 2.7%-i bu suala rəyini bildirməkdə çətinlik çəkib .
- Üçüncüsü, Azərbaycan siyasi təqviminin ana hissəsini sülh gündəliyi tutur, Ermənistana dair jhesabatlar da göstərir ki, əsas gündəm nifrət, müharibəyə çağırış, revanşizm əhvalı birinciliyi tutur.
Məsələn, prezident İlham Əliyev öz çıxışlarında Azərbaycanın beynəlxalq hüquqa və ölkənin ərazi bütövlüyünə hörmətlə əsaslanan sülhə sadiqliyini ardıcıl olaraq vurğulayır. O, Azərbaycanın suverenliyinə və beynəlxalq normalara hörmətlə yanaşması şərti ilə Azərbaycanın sülh danışıqlarına hazır olduğunu vurğulayır. Əliyev münaqişəyə beynəlxalq reaksiyalarda ikili standartların mövcud olduğunu və Azərbaycanın öz maraqlarını və ərazi bütövlüyünü qorumaq üçün hərbi potensialını gücləndirməsinin vacibliyini qeyd edir. O, həmçinin Azərbaycanın geri qaytardığı ərazilərin bərpası və reinteqrasiyasının vacibliyini vurğulayır və hökumətin təşəbbüsləri nəticəsində bu sahələrdə mühüm irəliləyişlərin olduğunu qeyd edir .
Ermənistanda isə xüsusilə son iki ildə revanşizm məsələsi qabarıq şəkildə müzakirə olunub. Bu müzakirələrdə vurğulanır ki, Ermənistan daxilindəki ünsürlər, o cümlədən bəzi siyasi fraksiyalar və Erməni Apostol Kilsəsinin üzvləri Qarabağ və digər bölgələr üzərində ərazi iddialarını ifadə etməkdə davam edirlər. Bu mövqe Azərbaycan tərəfindən təxribat kimi qiymətləndirilir və dünyada sülhə potensial maneə kimi qiymətləndirilir. Elə təkcə, Ümumdünya Kilsələr Şurasının ötən il verdiyi bəyanata baxmaq kifayət edir .
- Dördüncüsü, Bu tendensiya illər ərzində artmaqda müşahidə olunur və çox vaxt regionun daha geniş siyasi və sosial konteksti ilə əlaqədar olur. Yəni nə deməkdir bu: - indiyə qədər nifrət nitqinin artımın, yalnız cari hadisələr və münaqişələrə bağlı olduğu deyilirdisə, indi daha geniş və siyasi sosial kontekstlə bildirilir. Bu, nifrət nitqinin yalnız aktiv münaqişə dövrlərində deyil, həm də sülh zamanlarında, ümumi milli münasibətlər, tarixi düşmənçilik və uzunmüddətli siyasi gərginlik kimi amillərin təsiri altında davam edən hal kimi özünü göstərir.
- Beşincisi, Nifrət nitqindən sonra artıq Azərbaycana qarşı Nifrət Nitqi Cəbhəsi də qurulub. Birinci cəbhə Ermənistandan, İkinci cəbhə Qarabağ ermənilərindən, üçüncü cəbhə isə üçüncü ölkələrin ermənilərindən qurulub.
Azərbaycanla bağlı münaqişə kontekstində Ermənistan, Qarabağ erməniləri və dünyanın müxtəlif ölkələrindəki erməni diasporası tərəfindən müxtəlif fəaliyyətlər həyata keçirilir. Erməni diasporası xarici ölkələrdə Ermənistanın mövqelərini dəstəkləmək, qondarma “soyqırımı”nın tanınması üçün kampaniyalar aparmaq və Qarabağ münaqişəsinə beynəlxalq diqqəti cəlb etmək məqsədilə müxtəlif tədbirlər təşkil edir. Yüzdən artıq ölkədə 10 milyon erməninin yaşadığı iddia edilir ki, adi hesablama ilə bu, yüzlərlə diaspor təşkilatı edir. Unutmaq lazım deyil ki, o qurumların hər biri ildə ən azı 5 tədbir təşkil edir. Azərbaycana qarşı minlərlə tədbirdən, təbliğatdan söhbət gedir və ən əsası rəqəmlər də göstərir ki, Ermənistanda yaşayanlardan üç dəfə artıq xaricdə yaşayan ermənilər tərəfindən ölkəmizə qarşı nifrət cəbhəsi təşkil edilir .
- Altıncısı, Azərbaycanlılara qarşı nifrət nitqi isə nifrət cinayətlərinə gətirib çıxarıb. Çünki, uzun illər Ermənistan hökumətinin etnik nifrətə hesablanmış siyasətinin əsasında ermənilərlə azərbaycanlıların etnik baxımdan bir-birinə uyğun olmadığını, etnik üstünlüyə dərin inamlarını, iki xalq arasında davamlı sülhün mümkün ola bilməməsini aşılayan irqçi ideologiya dayanıb. Erməni millətçiliyinin əsas ideya müəlliflərindən biri olan Qaregin Njdenin yaratdığı “tseğakronizm” – yəni, irqin daşıyıcısı – adlı ideologiya və hərəkat Ermənistanda anti-Azərbaycan və anti-türk nifrət siyasətinin əsas ideoloji xəttidir. Qeyd etmək vacibdir ki, hal-hazırda Ermənistan ərazisində Azərbaycana və azərbaycanlılara qarşı etnik nifrəti təbliğ edən milliyyətçi təşkilatların da istinad etdiyi əsas ideoloji xətt məhz budur.
- Yeddincisi, “Qan” üstünlüyünə əsaslanan bu irqçi ideologiyanın azərbaycanlılar və ermənilər arasında “etnik uyğunsuzluq” kimi təqdim etdiyi fikir Ermənistan hökumətinin ən yüksək rəsmiləri tərəfindən daim təlqin edilib. Qan üstünlüyünə əsaslanan irqçi ideologiya, insanların genetik mirasının qan nəsilləri, fərdi quruluş qan qrupları və ya "soy kökü"nün üstünlüklərini vurğulayan və başqa irqi qrupları aşağılayan bir fikir sistemidir. Bu növ ideologiya, əsasən, "saf qan" anlayışına və bu anlayışın mədəniyyətinə, intellektual bacarıq və cəmiyyətdəki status kimi üstünlük təşkil edilməsinə inanır. Irqçi ideologiyalar, tərtibat, insanlar bioloji və genetik xüsusiyyətlərə görə qruplara uyğun və bu qruplaşdırmanı ictimai və siyasi üstünlük üçün istifadə edir axı. Tarix boyu bu cür ideologiyalar, çox vaxt zorakılığa, irqi problemlərə və soyqırımlara səbəb olub.. Ən məşhur nümunələrindən biri Nazi Almaniyasında Adolf Hitlerin tətbiqi ilə "Aryan irqinin üstünlüyü" ideyası da bunun bir formasıdır və bu da II Dünya Müharibəsi zamanı Holokosta və başqa dəhşətlərə yol açıb. Eyni məntiqi biz Xocalıda, Ballıqayada və s. onlarla belə nümunədə görmüşük .
- Səkkizincisi, xəstə ideologiya xəstə əsgərlər yetişdirib:
Məsələn, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan “bizim mədəniyyətlərimiz müqayisə oluna bilməz” kimi fikir səsləndirmişdir, Robert Koçaryan isə “azərbaycanlılarla ermənilərin etnik uyğun olmadığını” rəsmən bildirmişdir. 2021-ci ildə AŞPA plenar sessiyasında çıxışı zamanı Ermənistan nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan “Azərbaycanlılarla ermənilərin Qarabağda birgə yaşayışının mümkün olmadığını” bəyan etmişdir. Ermənistanın sabiq vitse-spikeri Vaan Hovhannesyan isə “Azərbaycanda hələ də qəbilə cəmiyyəti var, erməni cəmiyyəti isə səmimi şəkildə Avropanın bir hissəsi olmağa çalışır” deyə bildirmişdir. Təbii ki, Ermənistan hökumətinin müxtəlif dövrlərdə rəsmiləri tərəfindən səsləndirilmiş bir çox belə irqçi yanaşmalara rast gəlmək olar .
- Doqquzuncusu, bütövlükdə, Ermənistanda nifrət nitqinin vəziyyəti iki ölkə arasında daha geniş geosiyasi və sosial gərginliyi əks etdirir, media çox vaxt bölücü əhval-ruhiyyənin yayılması üçün katalizator və ya kanal kimi çıxış edir. Regiondakı siyasi vəziyyət həm də genişlənən beynəlxalq maraqlarla qarışıqdır. Regional güclər, həmçinin Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları kimi qlobal aktorlar, bu münaqişəyə dair müxtəlif siyasətlər yürüdürlər. Bu dövlətlərin hər biri öz strateji maraqlarına uyğun olaraq münaqişəyə müdaxilə edir və bu da münaqişənin həllində mürəkkəbliklər yaratmağa rəvac verirlər deyə, media tez-tez bu gərginliyi körükləyən bir vasitə kimi işlənir. Mətbuat və digər kommunikasiya kanalları, milli hissləri gücləndirən və qarşı tərəfi bir növ şeytanlaşdıran məlumatlar yaymaqla, ictimai rəyi forma verir və bəzən qarşıdurmanı daha da ağırlaşdırır.
- Onuncusu, hər ilin aprelində Ermənistanda ölkədaxili müxalifət tərəfindən keçirilən nümayişlərdə əsas şüarlardan biri “Türksüz Ermənistan” olur . Eyni zamanda biz bu lozunqu sosial şəbəkə seqmentlərindəki müzakirələrdən aşkar görə bilirk. Reddit.com sosial şəbəkəsində yazılan adi bir müzakirəyə dair şərhlərdəki daşnak mövqelərin çoxluğu əsaslı düşünməyə vadar edir .
- Onbirincisi, Azərbaycan tərəfindən BƏM-ə təqdim edilmiş təkzibedilməz sübutlara cavab olaraq Ermənistan tərəfi nifrət cəbhəsinə “söz azadlığı” donu geyindirməyə çalışır. Təssüf ki, 2020-ci ildən sonra Ermənistanda tabu mövzulardan fərqli olaraq yer alan insan haqları, korrupsiya, həbslərə dair əksər xəbərlər rusdilli saytlardan silinib. Hər halda, xatırlatmaqda fayda var ki, ötən əsrin əvvəlindən başlayaraq zorla köçürülən soydaşlarımızın dünyasını dəyişənlər, dəyişən nəsillər daxil, qoca, cavanı daxil, bir sözlə, 1988-ci ilə qədər yuvarlaqlaşdırsaq, milyondan artıq Qərbi Azərbaycandan olan soydaşlarımızın hər şeyi nəzərə almaqla qayıda bilmə potensialına da baxsaq, 200 mindən az olmayan pasportla, rəsmi qaydada vətəndaşının da hüququnu, beynəlxalq hüquqla da təsbit edilmiş haqlarını təmin edərək , Paşinyan onların öz yurdlarına, dədə-baba qəbrlərinin yerləşdiyi torpaqlara qayıdış hüququnu təmin etməklə, göstərə bilər ki, necə azadlıq, insan haqlarına və söz haqqına hörmət edir.
- Onikincisi, - Ermənistan ideoloji baxışı Qan hüququna (təmiz irq erməni) əsaslanırsa, Azərbaycan isə torpaq hüququna əsaslanmalıdır. Filiasiyaya baxaq isə bütün növ vətəndaşlıq verilmə və qazanılma bizim üçün əlavə üstünlüklər təşkil edir, belə ki, Vətəndaşlığın bərpası(reinteqrasiya) prosesində yəni şəxs müəyyən səbəbdən öz vətəndaşlığını itirib, sonra bərpa etmək istəyirsə, vətəndaşlıq bərpa olunur. Reinteqrasiya naturalizasiyaya bənzəsə də irəli sürülən tələblərin sadəliyi ilə ondan fərqlənir. Naturalizasiya yeni vətəndaşlığın əldə olunmasıdır. Reinteqrasiya isə itirilmiş vətəndaşlığın bərpasıdır. Reinteqrasiya daha tez baş verir, şəxsin vəsadət qaldırması əsas götürülür. Naturalizasiyada isə artıq qeyd etdiyimiz kimi müxtəlif şərtlər var . Biz həm də ius sanquini- qan hüququ və ius soli- torpaq hüququ ilə də haqlı çıxırıq.
Nəticə:
Ermənistanın ideoloji baxışı etnik mənsubiyyətə sadiqlik və "təmiz irq" anlayışına əsaslanarkən, Azərbaycanın yanaşması hüquqa və ərazi bütövlüyünün qorunmasına dayanır. Bu fərqli yanaşmalar, hər iki ölkənin tarixi, mədəni və siyasi kontekstləri ilə dərin bağlıdır. Ermənistanın ideoloji baxışı, Qaregin Njdeh tərəfindən irəli sürülmüş Tseghakronizm anlayışından qaynaqlanır. Bu ideologiya, Erməni milli kimliyinin qorunması və gücləndirilməsi üçün etnik mənsubiyyət və milli ruhun önəmli olduğunu vurğulayır. Bu baxış yanaşmasında, Ermənistanın tarixi dövlətlərinin və qəhrəmanlarının irsi də daxil olmaqla, milli mədəni irs qorunur fikri tirajlanır və bu irs çox təhlükəli bir formada gələcək nəsillərə ötürülmək məqsədi daşıyır.
Azərbaycanın yanaşması isə, öz ərazi bütövlüyünü və suverenliyini qorumağa yönəlib. Azərbaycan torpaqlarının işğal altında olmasını qəbul etməmək və bu torpaqları geri qaytarmaq üçün diplomatik və hərbi yollarla çalışıb. Bu proses, həmçinin Vətən müharibəsində qazanılan qələbə ilə də öz təsdiqini tapıb, daha sonra hüququn geniş sərhədlərinə istinad edən Azərbaycan Böyük Qaydış fəlsəfəsi ilə ata-baba yurda “Dağları aşaraq” qaytımağı strateji hədəf kimi seçib.
Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya Departamentinin rəhbəri