“Dövlət başçımızın mesajları ünvanlarına çatıb” - deputat Gündəm

“Dövlət başçımızın mesajları ünvanlarına çatıb” - deputat

“Prezident İlham Əliyevin 17 dekabrda Rossiya Seqodniya Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kselyova verdiyi müsahibədə region üçün çox vacib məsələlərə toxundu və müvafiq dairələrə ünvanlanmış çox ciddi mesajlar səsləndirdi. Hesab edirəm ki, dövlət başçımızın müsahibəsi dünya ictimaiyyəti tərəfindən çox diqqətlə dinlənilib və Cənubi Qafqaz regionunda cərəyan edən hadisələr haqqında dolğun təəsürat yaratdı”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat əlavə edib ki, Qərbin əlində olan media qrupları Azərbaycan və Cənubi Qafqaz regionu haqqında fake informasiyalar yayır və özlərinin yaydıqları qərəzli qarayaxmalara dünya ictimaiyyətini inadırmağa çalışır: “Bu istiqamətdə deyə bilərəm ki, Prezident İlham Əliyevin beynəlxalq media agentliklərinə verdiyi müsahibələri reallıqları dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi rol oynayır. Həm də ölkəmizə qarşı qərəz ifadə edənlər də dövlət başçımızın müsahibəsinə baxıb öz hərəkətlərində müəyyən qədər dəyişikliklər edirlər. Çünki onlara öz səhvlərini özlərinin üzünə deyən adamlar yox dərəcəsindədir. Ona görə də onlar özlərini haqlı görərək beynəlxalq hüquq normalarını pozurlar və ikili standartlardan yanaşmalarını həqiqət kimi qəbul edirlər. Bu baxımdan dövlət başçımızın mesajları ünvanlarına çatıb və həmin dairələr tərəfindən müəyyən nəticələr çıxaracağını hesab edirəm. Ən azından ona görə ki, həmin dairələrin rəhbərləri Azərbaycana və digər bizim kimi ölkələrə yuxarıdan aşağı baxmaqla öz dövlətlərini iflasa uğradırlar”.

A.Badamov vurğulayıb ki, dövlət başçımız müsahibədə Ermənistan Azərbaycan arasında sülh müaviləsinin imzılanmasına mane yaradan ölkələr və Ermənistanın icra etməli olduğu məsələlərə də geniş yer verdi: “Belə ki, Fransanın, Hindistanın və ABŞ-ın Ermənistanı silahlandırması Paşinyan rejimini revanşizmə ruhlandırır və sülh müqaviləsi imzalanmasından çəkinməsinə yol açır. Əslində sülh müqaviləsinin imzalanması üçün elə böyük problemli məsələlər də qalmayıb. Bunlar Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının ləğv edilməsi və ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı birgə müraciətin edilməsi ilə bağlıdır. Təbii ki, ölkəmizə ərazi iddiaları olan bir ölkə ilə sülh müqaviləsinin imzalanması mümkün deyil və bu beynəlxalq hüquq normalarına da ziddir. Bu baxımdan Ermənistan haqlı tələbimizi qəbul etməli və konstitusiyasında müvafiq dəyişikliyyi etməlidir”.

O qeyd edib ki, Minsk qrupu ilə bağlı məsələ də aydındır: “Çünki bu qrup yaradılanda məqsəd BMT TŞ-nın 4 qətnamıəsini icra etdirmək idi. Bu gün Azərbaycan Minsk qrupunun görməli olduğu bütün işləri öz gücü ilə görüb. Ermənistan bu tələbimizə qoşulmamaqla sülhə hazır olmadığını nümayiş etdirir. Həm də Minsk qrupuna daxil dövlətlər özləri arasında konflikt yaşayırlar və özləri bir qrupda fəaliyyət göstərilməyin mümkün olmadağını etiraf ediblər. Bu baxımdan Minsk qrupu de fakto yoxdur. Ona görə də de-yure də ləğv olunması üçün ATƏT-ə birgə müraciətin ünvanlanması vacibdir”.

Röya İsrafilova