“Azərbaycan Prezidenti dövlətçilik tariximizin şanlı səhifəsini yaradıb” Gündəm

“Azərbaycan Prezidenti dövlətçilik tariximizin şanlı səhifəsini yaradıb”

“Bu gün ölkəmizdə böyük qayıdış prosesi həyata keçirilir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda olan bütün iqtisadi, aqrar resusrlarımızı milli iqtisadiyyatımıza yenidən qazandırırıq və eyni zamanda bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri hesab olunur”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

O əlavə edib ki, bu kontekstdə əlbəttə ki, vətəndaşlarımızın, həm də sosial mənafeyi, təhlükəsizliyi təmin olunur: “Beləliklə Azərbaycan regional təhlükəsizliyin təminatçısı qismində çıxış etməyi bacarır. Bu, həm siyasi-iqtisadi baxımdan, həm hərbi-siyasi baxımdan belədir. Ona görə də qüdrətli Azərbaycan dövləti əslində Azərbaycan Prezidentinin sayəsində bu nailiyyətlərə, uğurlara imza atarkən həm də özünün gələcək daha qüdrətli Azərbaycanın əsaslarını yaratmış olur. Ona görə də bu, mühüm bir tarixdir. Azərbaycan Prezidenti dövlətçilik tariximizin şanlı bir səhifəsini yaradıb”.

Röya İsrafilova