Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
24 Dekabr 23:16
24 Dekabr 23:16
24 Dekabr 22:22
24 Dekabr 13:13
“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) kimi önəmli bir platformada böyük uğurlarla təmsil olunmağa başlayacaq. Ölkəmizin bütövlükdə artan siyasi nüfuzu, qlobal siyasi münasibətlər sistemində Azərbaycan faktorunun ön plana gəlməsi cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin növbəti nəticəsi kimi nəzərdən keçirilməlidir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.
T.İsmayılov Azərbaycanın D-8-ə üzv olan ölkələrlə çox güclü əlaqələrə malik olduğunu vurğulayıb: “Ölkəmiz özəlliklə D-8-in özəyini təşkil edən Türkiyə ilə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinə malikdir. Eyni zamanda, D-8-də vacib iqtisadi həlqəni təşkil edən Pakistanla da Azərbaycanın çox yüksək və kifayət qədər güclü əlaqələri mövcuddur. Bu əlaqələr kontekstində Azərbaycanla D-8 arasındakı münasibətlərin daha da dərinləşməsi, ölkəmizin mövqelərinin güclənməsi fonunda Azərbaycanın D-8-ə üzv qəbul edilməsi bizim beynəlxalq münasibətlər sistemindəki güclü mövqelərimizin növbəti göstəricilərindən biri kimi dəyərləndirilə bilər”.
Politoloq ölkəmizin D-8-ə üzvlüyünün təkcə Azərbaycan üçün yox, D-8-in özü üçün də çox vacib olduğunu deyib: “Azərbaycanın üzvlüyü D-8-i təşkilat olaraq daha da gücləndirəcək. Bu təşkilata üzv olan İslam coğrafiyasının vacib ölkələri iqtisadi baxımdan yeni gələcək layihələri bu önəmli platforma çətiri altında daha da inkişaf etdirə biləcəklər. Bu gün dünyada islamafobiyanın artması, müsəlman dünyasına qarşı ayrı-seçkiliyin, haqsız və ədalətsiz yanaşmaların güclənməsi fonunda D-8 kimi təşkilatların önəmi daha da artır”.
Röya İsrafilova