İranın Yaxın Şərqdə və regionumuzda geosiyasi mövqeyi iflasa uğrayır Gündəm

İranın Yaxın Şərqdə və regionumuzda geosiyasi mövqeyi iflasa uğrayır

İranın Yaxın Şərqdə siyasi və hərbi mövcudluğu iflasa uğrayır. Livanda "Hizbullah"ın İsrail tərəfindən əməliyyatlarla zəiflədilməsi, Suriyada Bəşər Əsəd rejiminin süqutu ilə bu ölkədə hərbi və siyasi mövcudluğu süqut etdi. Həmçinin İranın "Hizbullah" a təchizat zənciri qırıldı.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, demək olar ki, İrana qarşı İsrailin hərbi zərbələri, Tehranı kifayət qədər çıxılmaz vəziyyətə salıb. Uzun illər dəstək verdiyi "Həmas" Misirdə İsraillə danışıqlar aparır. Danışıqların əsas predmetlərindən biri "Həmas" təşkilatının İranla əlaqələri kəsməsidir. Artıq Fələstin adminstrasiyası Tehranı İordan çayınıb Qərb sahilində iğtişaşlar törətməkdə ittiham edib:

"ABŞ və İsrailin hərbi dəstəyi ilə Səudiyyə Ərəbistanı, BƏƏ İranın Yəməndə proksi qüvvəsi olan "Husilərə" genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Yaxin vaxtlarda Yəməndə İran yönümlü hakimiyyət süqut edəcək.

Yaxın Şərqdə siyasi nizam yenidən dizayn edilir. İranın regionda geosiyasi mövqeləri tam iflas edilir. Bundan sonra, Fələstin dövlətinin tanınmasını təmin oluna bilər.

Qeyd edim ki, İranın proksi qüvvələri ilə yanaşı PKK-YPG terror təşkilatına Türkiyə zərbələr vurur. Suriyada Türkiyənin qalib gəlməsi, regionda yeni siyasi sabitliyin təmin olunmasına gətirib çıxarır. Baş verən proseslər fonunda İranın zəifləməsi, Azərbaycanın maraqlarına cavab verir. İran "Zəngəzur" dəhlizinin açılmamasina qarşı mövqe ortaya qoyurdu. Ermənistan da İranın bu siyasətinə görə manevr edirdi. Artıq İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola bilməyəcək".

Cavid