Türkiyə Bakıya araşdırma qrupu göndərir
27 Dekabr 23:03
27 Dekabr 23:03
27 Dekabr 22:55
27 Dekabr 21:05
27 Dekabr 20:18
“Baş verən təyyarə qəzasından siyasi məqsədlər üçün istifadə etmək çox rəzil bir yanaşmadır. Heç bir siyasi qüvvə belə çətin anlardan özünə siyasi xal toplamaq üçün istifadə etməməlidir. Əgər bütün milləti yaralıyan bir hadisə baş veribsə, burada siyasi mövqeyindən, hakimiyyətə münasibətindən asılı olmayaraq hamı çəkici bir zindana vurmalıdır. Yəni söhbət burada hakimiyyət davasından getməməlidir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət söyləyib.
Siyasi şərhçi əlavə edib ki, bu və bənzər hadisələrdən istifadə edib hansısa siyasi iddialar ortaya qoymaq düzgün deyil: “Çox təəssüflə qeyd edim ki, müəyyən qruplar, siyasi partiyalar hətta olduqca aşağı enərək Azərbaycan hakimiyyətinin üzərinə gəlir və idda edirlər ki, guya quru sərhədlər açıq olsaydı bu hadisə baş verməyəcəkmiş. Bu, o qədər absurd, arqumentsiz bir iddiadır ki. Məgər quru sərhədlər açıq olanda təyyarələr uçmurdu? Həmişə uçub və uçacaq. Sadəcə olaraq bu adamlar o qədər cılızlaşıblar ki, öz siyasi opponentlərini - hakimiyyəti tənqid etmək üçün tutarlı faktlar tapa bilmirlər və belə cılız gedişlərlə guya ictimai rəyi çaşdıracaqlarını düşünürlər”.
A.Həsrət Azərbaycan ictimaiyyətinin onlara gərəkli reaksiyanı verdiyini vurğulayıb: “Millətin böyük əksəriyyəti bu məsələdə xalqın, əziyyət çəkənlərin, zərər çəkənlərin yanında oldu. Onların siyasi manipulyasiyalarına aldanmadı. Azərbaycan kefindən quru sərhədləri bağlı tutmur. Hər tərəfdə müharibələr, qırğınlar var. Göydə uçan təyyarəmiz vurulursa, quru sərhəddən keçib gedənlərin başına nələr gətirilə bilər? Əgər elə müqayisə etmək istəyiriksə. Ona görə də bu, çox cılız yanaşmadır və təəssüfləndiricidir ki, belə cılız münasibəti olan adamlar həm də hakimiyyət iddiasındadırlar”.
Röya İsrafilova