Təyyarə Qazaxıstandan kənarda zədələnib - Astana
28 Dekabr 18:41
“Azərbaycan dövləti daima müxtəlif çağırışlarla üz-üzədir və bu çağırışlar bizi sevib-sevməyən hər bir həm qonşu, həm də beynəlxalq aktorlar tərəfindən davam etməkdədir. Xüsusilə bölgə ətrafında geosiyasi vəziyyətin gərginləşdiyi dövrdə qonşu ölkələrdə baş verənləri əyani şəkildə görürük. Gürcüstanda və Ermənistanda siyasi hakimiyyətin, Prezident Administrasiyasının və yaxud Baş nazirin aparatının apardığı yanlış siyasət 30 il ərzində müxtəlif siyasi liderlərin orada ciddi nöqsanları ona gətirib çıxardı ki, nəinki cəmiyyət daxilində vahid ideologiya yoxdur, ümumilikdə bir çox məsələlərə dair çox ciddi şəkildə pərakəndəlik və qütbləşmə var. Biz bunu Gürcüstandakı son seçkilərdə də gördük. Eləcə də bunu biz artıq son illərdir Ermənistanda da görürük. Əlbəttə, Azərbaycan daxilində ideoloji işin bu qədər möhkəm olmasının səbəbi ən üst səviyyədə dövlətimiz tərəfindən aparılan məhz sistemli və ağıllı siyasətlə bağlıdır. Biz həm müharibə vaxtı, həm də müharibədən sonra həm siyasi partiyalar, həm də vətəndaş cəmiyyəti düşərgəsində ciddi şəkildə həmrəyliyi və birliyi görmüş olduq. Son hadisə - təyyarə qəzası isə həm də hər kəsin iç üzünü açmaq üçün bir sınaq rolunu oynamaqdadır”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov söyləyib.
Z.Məmməd təəssüflə qeyd edib ki, baş vermiş təyyarə qəzası ilə bağlı müxtəlif blogerlərin, Müsavat və AXC partiyalarının şərhləri çox böyük məyusluq doğurur: “Ona görə məyusluq doğurur ki, onlar Azərbaycan cəmiyyətini manipulyasıya etməklə məşğuldurlar, cəmiyyətin daxilində informasiyanı səhv verməklə insanları aldadırlar və nəticə etibarı ilə həm panika yaradırlar, həm də cəmiyyəti tamamilə səhv istiqamətləndirirlər, cəmiyyətin psixologiyasına mənfi təsir edirlər”.
Siyasi şərhçi Qərbdəki və ölkə daxilindəki bəzi blogerləri cəmiyyətimizin yaxşı tanıdığını vurğulayaraq əlavə edib ki, onlar nə sosial şəbəkədə, nə də real həyatda dəstəklənirlər: “Onların sosial bazaları yoxdur. Ümumiyyətlə, özlərini demokratik adlandıran qüvvələrin dəfələrlə seçkilərdə məğlub olmasına baxmayaraq yenə də öz yerlərindən bərk yapışmaları bir daha onu göstərir ki, onlar hətta məğlub olmağı belə bacarmırlar. Hətta öz partiya daxillərində opponentlərinə qarşı da hörmətsizlik və sayğısızlıq göstərirlər. Əlbəttə ki, bu tənqidlərin əsas istiqamətlərindən və səbəblərindən biri həm də xaricdən maliyyə dəstəyinin mütəmadi olaraq qəbul edilməsi, bu maliyyə dəstəyi nəticəsində onların yaşamaları, özləri üçün şəraitin daha da genişləndirilməsi ilə bağlıdır. Bir sözlə, bu hadisə bir daha onu göstərdi ki, bəziləri üçün nə millət, nə xalq, nə, dövlət, nə milli maraqlar, nə mənəviyyat, nə siyasi əxlaq vacibdir”.
Röya İsrafilova