Təyyarə Qazaxıstandan kənarda zədələnib - Astana
28 Dekabr 18:41
28 Dekabr 18:41
28 Dekabr 17:58
28 Dekabr 14:03
“İşğaldan azad olunmuş ərazilərdə insanlarımızın məskunlaşması prosesi uğurla davam edir. Təbii ki, torpağın sahibləri öz yurd-yuvasına qayıtmalıdır. Həmin ərazilərdə xeyli işlər görülüb. Ərazilər minalardan təmizlənib, infrastruktur qurulub, yollar, tunellər, elektrik xətləri, su, qaz xətləri və s. çəkilib. Eyni zamanda, yaşayış evləri tikilir və bu işlər davam edir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.
Deputat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimizə insanlarımızın köçürülməsi prosesi davam edəcək: “Qazaxın 4 kəndi işğaldan azad olundu. Bu kəndlər Azərbaycan dövlətinin gücü nəticəsində bir güllə atmadan azad olunub. Ermənilər real vəziyyəti başa düşüb ki, Azərbaycan bu əraziləri azad edəcək. Bundan sonrakı mərhələdə də ermənilər və onların arxasında duran qüvvələr gündəmi dəyişmək istəyiblər. Amma gündəmdə duran məsələlərdən biri də Qazaxın işğal altında qalan 3 kəndinin, həmçinin Zəngəzur dəhlizinin açılması və digər bu yöndə məsələlərdir. Bu məsələlər hamısı gündəlikdə dayanır. Azərbaycan öz ərazilərinin işğal altında olmasına heç zaman dözməyib, dözmür, dözməyəcək. Bizə məxsus olan nə varsa hamısı Azərbaycana qaytarılacaq”.
Röya İsrafilova