İran Bakı və Ankaraya dil uzatdı - ABŞ-dan reaksiya
1 Yanvar 23:01
1 Yanvar 23:01
1 Yanvar 19:46
30 Dekabr 2024 23:51
“İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri davam edir və artıq həmin ərazilərdə yaşayan insanların sayı 34 minə çatıb. 2025-ci ildə işğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri davam etdikcə köçənlərin də sayı çox olacaq”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Şakir Ağayev deyib.
Ş.Ağayev bunun çox sevindirici, məmnunedici bir hal olduğunu vurğulayaraq əlavə edib ki, insanlar 30 ildə gözlədikləri, dilədikləri arzuya çatıblar: “Eyni zamanda, 2024-cü ildə Qazaxın 4 kəndi – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı Ermənistanla delimitasiya, demarkasiya prosesinin ilk mərhələsi olaraq Azərbaycana qaytarıldı. Təbii ki, bu, Ermənistanın könüllü istəyi ilə olmayıb. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət, çevik diplomatiya, siyasi iradə sayəsində oldu. Eləcə də bu, nə Ermənistanın güzəşti, nə sülh mövqe tutmasından irəli gəlmir. Əgər belə olsaydı, 2024-cü ildə çox böyük ümidlər vardı ki, Ermənistanla sülh müqaviləsi bağlanacaq, lakin Ermənistan bunu etmədi. Hətta COP29 gözəl bir fürsət idi ki, Ermənistan bu fürsətdən istifadə etsin. Göründüyü kimi, bütün bu imkanlar Ermənistan tərəfindən buraxıldı və bu, onu sübut edir ki, Ermənistan heç də xoş niyyətlə Azərbaycana hər hansı bir razılığa, güzəştə getmir”.
Politoloq qeyd edib ki, məhz Azərbaycanın ədalətli prinsipi, Azərbaycan Prezidentinin qəti mövqeyi erməniləri məcbur etdi ki, bu kəndlər bizə qaytarılsın: “Ümid edək ki, növbəti ildə Azərbaycanın işğalda olan digər 4 kəndi də qaytarılacaq və sülh müqaviləsi üçün daha böyük addımlar atılacaq. Həmçinin Azərbaycan üçün çox vacib olan Zəngəzur dəhlizinin açılmasında güman edək ki, irəliləyişlər olacaq. Eyni zamanda, Ermənistanla başqa məsələlərdə də Azərbaycanın bu qəti iradəsi gec-tez Ermənistanı Azərbaycanla hesablaşmağa məcbur edəcək. 2025-ci ildə arzu edək ki, işğaldan azad olunmuş ərazilərimizə köçənlərin sayı yüz minlərdən çox olsun”.
Röya İsrafilova