“İstifadə edilən alətlərin steril olmaması bir çox xəstəliklərin yaranmasına səbəb olur” Gündəm

“İstifadə edilən alətlərin steril olmaması bir çox xəstəliklərin yaranmasına səbəb olur”

“Kosmetoloqlarda, bərbərlərdə və bu kimi iaşə yerlərində alətlərin dezinfeksiyasının normal olmaması və ya istifadə edilən alətlərin steril olmasının gözlənilməməsi bir çox xəstəliklərə, məsələn, Hepatit B, C, HİV/Qiçs kimi xəstəliklərin yaranmasına səbəb olur”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında həkim-terapevt Etibar Süleymanov deyib.

Həkim qeyd edib ki, bu xəstəliklərin əksəriyyəti qanla və selik vasitəsilə keçə bilən xəstəliklər qrupuna aiddir: “Bir də az rast gəlinən qanla keçən malyariya və ya əlavə bəzi səpkili yatalaq, həmçinin başqa bir infeksiyalar var. Onlara isə hər dəqiqə rast gəlinmir. Ən çox rast gəlinənlər Hepatit B, C, D, Qiçs və bir də sifilis kimi xəstəliklərdir. Ona görə də hər dəfə təzə alətlərdən istifadə edilməlidir. Məsələn, hər hansı bir problem yaranmasın deyə istifadə olunan pambıq, əlcək və digər vasitələr hamısı hər dəfə dəyişilməldir. İnfeksion xəstəliklərdən başqa bəzi dəri xəstəlikləri də keçə bilər. Məsələn, istifadə olunmuş dəsmalın digər insanda da istifadə olunması bəzi dəri xəstəliklərinə, məsələn, göbələyin keçməsinə səbəb ola bilər”.

Röya İsrafilova