“Milyonlarla insanın sosial təminatında böyük irəliləyişlər əldə edilib” Gündəm

“Milyonlarla insanın sosial təminatında böyük irəliləyişlər əldə edilib”

“Ölkəmizi dünyanın qüdrətli ölkələri sırasına qaldıran, ərazi bütövlüyümüzü təmin edən, bizi qalib xalqa çevirən müzəffər lider İlham Əliyevin həyata keçirdiyi güclü və ardıcıl sosial siyasət vətəndaş rifahının yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayıb”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı deyib.

Z.Ruslanqızı əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət iqtisadi potensialımızın güclənməsinə yönəlməkdən savayı, eyni zamanda, əhalinin yaşayış minimumunun artırılması hədəflərini də özündə əks etdirir: “Son 6 ildə icra olunan dörd sosial islahat paketi çərçivəsində milyonlarla insanın sosial təminatında böyük irəliləyişlər əldə edilib. Azərbaycanın sosial inkişafı və vətəndaşlarının rifahının artırılması məqsədi praktikada öz təsdiqini tapıb. Həqiqətən də Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar ölkənin iqtisadiyyatını gücləndirərkən vətəndaşların sosial təminatını da mütəmadi olaraq yaxşılaşdırmağa yönəlib”.

Röya İsrafilova