“Bütün bunlar ölkəmizin sosial yönümlü siyasət apardığının göstəricisidir” Gündəm

“Bütün bunlar ölkəmizin sosial yönümlü siyasət apardığının göstəricisidir”

“Əhalinin sosial rifah halının yaxşılaşdırılması daim cənab Prezidentin diqqətində olub. 2018-2024-cü illəri əhatə edən sosial təminat proqramları, əhalinin rifah halının yaxşılaşdırılması üçün işlənmiş islahatlar paketi haqqında biz dəfələrlə söhbət açmışıq. Milli Məclisdə hər büdcə müzakirələrində bu paketlərin, proqramların nə qədər əhalinin sosial rifah halının yaxşılaşdırılmasına səbəb olduğunu qeyd etmişik”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Deputat əlavə edib ki, bütün bunlar Azərbaycanın böyük hərbi təhlükəsizlik, siyasi çağırışlarla üzləşdiyi zamanda həyata keçirilirdi və hazırda da keçirilməkdədir: “Hətta torpaqlarımızın işğal altında olduğu dövrlərdə və ölkəmizin büdcəsinin əsas hissəsinin hərbi təhlükəsizlik, müdafiə xərclərinə xərclənsə belə həmişə bütün büdcələrimiz sosial yönümlü, əhalinin rihaf halının yaxşılaşdırılması istiqamətində olub. Minimum əməkhaqqının artırılması, orta əməkhaqqının stabil şəkildə saxlanılması bunlar hamısı təbii ki, ölkəmizin sosial yönümlü siyasət apardığının göstəricisidir. Bütün bunları biz iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə, qonşuluğumuzda olan böyük güclərlə müqayisə etsək Azərbaycanın bu baxımdan nə qədər irəli getdiyini, inkişaf

T.Gəncəliyev vurğulayıb ki, hazırda Avropa İttifaqının iqtisadi göstəricilərinə baxanda orada sosial rifah və əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına sərf olunan xərclərin, vəsaitlərin əvvəlki kimi olmadığını görərik: “Yəni bütün dünyada iqtisadi durğunluq, geriləmə hiss olunur. Bu da əhalinin yaşayış xərclərinə təsir edir. Avropa İttifaqının bəzi üzvləri - Yunanıstan, Şərqi Avropada olan ölkələr dünyada gedən iqtisadi çətin proseslər konteksində ölkələri müxtəlif proqramlara yenidən baxmağa, daha çox iqtisadi məsələlərə həsr edilmiş paketləri yenidən nəzərdə keçirməyə məcbur edir. Ancaq Azərbaycanda isə biz bu çətinliklərə baxmayaraq əhalinin iqtisadi rifah halının yaxşılaşdırılması, əməkhaqları, pensiyaların stabil şəkildə saxlanılması və artırılması tendensiyasını müşahidə edirik. Həm də bizim büdcəmiz daim artan büdcədir. Daha çox həcmi olan büdcədə hər dəfə əmək və sosial pensiya fonduna daha çox vəsaitlərin ayrılması görünür. Bu da təbii ki, müsbət bir hal kimi qiymətləndirilməlidir”.

Röya İsrafilova