ƏHD Partiyasının rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib Gündəm

ƏHD Partiyasının rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib.
Partiyanın mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, partiyanın idarə heyətinin üzvləri və rəhbərlikdə təmsil olunan digər şəxslər 20 yanvar faciəsi zamanı canlarını vətən uğrunda fəda etmiş şəhidləri hörmətlə anıb, məzarları önünə gül dəstələri düzüblər.
Xatırladaq ki, bu gün 20 yanvar faciəsinin 35 ili tamam olur.
Allah şəhidlərimizə rəhmət eləsin!