“Fransanın Türkiyə ilə əvəzlənməsi çox müsbət haldır” Gündəm

“Fransanın Türkiyə ilə əvəzlənməsi çox müsbət haldır”

“Türkiyənin Afrikada güclənməsi müsbət haldır. Çünki Fransa illərdir ki, Afrikada müstəmləkəçilik siyasəti ilə bu xalqları sömürüb, məhv edib”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Onun sözlərinə görə, Fransa bu xalqların təkcə təbii sərvətlərini talan etməyib, bütövlükdə onları soyqırıma məruz qoyub: “Amma biz Türkiyənin idarəçiliyini, Osmanlıdan gələn idarəçilik proseslərinin necə olduğunu bilirik. Yəni onlarda çox ədalətli bir yanaşma tətbiq edilib, olduğu yerlərdə xalqların inkişafına çalışılıb və buna nail olunub. Bu mənada Fransanın Türkiyə ilə əvəzlənməsi çox müsbət bir haldır. Fransanın yeni müstəmləkəçilik siyasəti bu xalqlar üçün faciəvi nəticələr doğurmuşdu. Düşünürəm ki, bundan sonra hərbi, siyasi, iqtisadi, mədəni və bütün sahələrdə Türkiyə ilə əməkdaşlıq bu xalqların həyatında müsbətə doğru dönüş yaradacaq”.

Röya İsrafilova