“Azərbaycan dünyanı narahat edən məsələlərin həlli üçün real addımlar atır” Gündəm

“Azərbaycan dünyanı narahat edən məsələlərin həlli üçün real addımlar atır”

“Son illər biz Azərbaycanın çoxşaxəli geniş siyasət həyata keçirdiyini görürük. Yəni bu gün Azərbaycanın şaxələnmiş bir siyasəti var. Bu gün Azərbaycanın yalnız Asiya, Avropa ilə deyil, Afrika ilə də çox uğurlu siyasət həyata keçirdiyini müşahidə edirik. Deyə bilərik ki, Azərbaycan təkcə Mərkəzi Asiya, Cənubi Qafqazda deyil, daha geniş bir ərazidə dünyada sabitliyə öz töhfəsini uğurla verməkdədir və bu istiqamətdə çox fəal bir siyasət həyata keçirir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib.

C.Məmmədovun sözlərinə görə, bu gün bizim Avropanın 10 üzv ölkəsi olan Türkiyə, Özbəkistan ilə çox sıx əməkdaşlığımız var: “Bu əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur və bu istiqamətdə dövlət tərəfindən davamlı olaraq addımların atıldığını biz görürük. Qeyd etməliyəm ki, Azərbaycan-Çin münasibətləri də sürətlə inkişaf edir. “Bir kəmər, bir yol”, Orta Dəhliz layihələri istiqamətində də dövlətimiz tərəfindən çox mühüm addımlar atılır. Ümumlikdə isə deyə bilərik ki, bu gün Azərbaycanın nüfuzu, gücü, imkanları artır və ölkəmiz daha da inkişaf edir, möhkəmlənir. Bu da dövlətimizin nüfuzunun artmasına öz mühüm, ciddi töhfəsini verir və təbii ki, gələcəkdə də verəcək. Bu isə problemlərə Azərbaycanın öz yanaşmasının olduğunu, dünyanı narahat edən məsələlərin həlli üçün real addımlar atdığını bir daha göstərir”.

Röya İsrafilova