![170 azərbaycanlı işgəncələrlə öldürüldü](https://xalqcebhesi.az/media/2025/02/14/225x136/xocali-irfan_(1).jpg)
170 azərbaycanlı işgəncələrlə öldürüldü
14 Fevral 22:52
14 Fevral 22:52
14 Fevral 22:51
14 Fevral 13:45
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çin televiziyasına verdiyi müsahibədən biz aydın şəkildə oxuya bilirik ki, son 4 ildə Azərbaycana qarşı ABŞ-nin münasibəti xüsusilə kəskin olub. İndi isə Tramp administrasiyası dövründə artıq yeni bir mərhələnin əsası qoyulur. O baxımdan hesab edirəm ki, Trampın dövründə olan proseslər qarşıdakı dövr üçün bizə böyük ümid yarada bilər. Əlbəttə, cənab Prezidentin müsahibədə Trampın ilk 4 ildəki fəaliyyətinə diqqət yetirməsi və indiki hakimiyyəti dövrünə gəlməsi, məncə kifayət qədər xüsusi əhəmiyyət daşımaqdadır. O baxımdan düşünürəm ki, Azərbaycan-ABŞ münasibətlərinin düzəlməsi üçün bu 4 ildə imkanlar, şanslar yaranır”.
Bunu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov söyləyib.
S.Hümbətovun sözlərinə görə, təbii ki, Trampın əvvəlki dövründə də ABŞ-nin hansısa bir ölkəyə hücum edib, oranı işğal etməsi halı yaşanmadığını nəzərə alaraq düşünürəm ki, bu 4 ildə də təxminən ABŞ-nin siyasəti o cür formalaşa bilər: “Amma yenə də siyasət gündəlik dəyişən paradiqmalardan aslıdır. O baxımdan hesab edirəm ki, indiki halda Azərbaycan Prezidentinin söylədiyi fikirlər qarşıdakı 4 ildə Azərbaycan-ABŞ münasibətlərinə çox ciddi şəkildə təsir göstərəcək və 4 ilin müqəddəratını həll edəcək. Ona görə də nikbinlik var, lakin burada əsas nikbinlik bizim üçün Ermənistan-Azərbaycan arasında sülhün əldə edilməsi yönündə ABŞ-nin səylərinin artırılmasıdır”.
Politoloq əlavə edib ki, bu səylərin nə dərəcədə artırılacağını isə zaman göstərəcək: “Biz də hadisələrin gedişindən biləcəyik ki, ABŞ-nin, ümumiyyətlə, Cənubi Qafqaza baxışı, istəyi nədən ibarətdir. Təbii ki, nəzərə alsaq ki, Bayden administrasiyasının hakimiyyətinin sonuna 5 gün qalmış Ermənistanla təhlükəsizliklə bağlı sənəd imzalaması Azərbaycan-ABŞ münasibətlərini ciddi şəkildə zədələdi. İndi gözləntimiz odur ki, bu məsələlər aradan qalxacaq. Cənab Prezidentin də fikirlərindən belə aydın olur ki, burada bir əminlik var ki, qarşıdakı 4 ildə ABŞ Azərbaycanla münasibətlərinin korlanmaması üçün addımlar ata bilər”.
Röya İsrafilova