“Kiyevin təhlükəsizliyi sual altındadır” Gündəm

“Kiyevin təhlükəsizliyi sual altındadır”

“Təəssüflər olsun ki, üç ildir davam edən Rusiya-Ukrayna müharibəsinin nəticəsində Ukraynanın işğal olunmuş ərazilərinin geri qaytarılması məsələsi daha da çətinləşib. Əgər 24 fevral 2022-ci il tarixinə qədər Krım, Luqansk və Donetskin taleyi uğrunda mübarizə aparılırdısa, bu gün Kiyevin təhlükəsizliyi belə sual altındadır”.

Bunu xalqcəbhəsi.az-a politoloq Aytən Qurbanova deyib.

A.Qurbanova əlavə edib ki, ona görə də, indiki məqamda atəşkəs ilə bağlı danışıqlar mütləq şəkildə güzəştlərin olmasını zəruri edir: “Xüsusilə də, Ukraynanın ərazi bütövlüyü ilə bağlı “güzəştlərin” olacağı ehtimalı heç bir halda istisna edilmir. Düşünürəm ki, Qərb-Rusiya qarşıdurmasında mübarizə meydanına çevrilən Ukraynanın taleyi indi də ABŞ-Avropa qarşıdurması çərçivəsində aparılan müzakirələrdə həll edilir. Belə olan halda təbii ki, ərazi bütövlüyü məsələsi heç bir halda prioritet ola bilməz”.

Röya İsrafilova