.jpg)
Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib
21 Fevral 22:41
21 Fevral 22:41
21 Fevral 21:36
21 Fevral 16:48
“Ailə münasibətlərində hər iki şəxs bir-birini başa düşməlidir. Qadın da işdən əsəbi formada gəlir, həmçinin kişi də. Cinayət tərəfindən götürəndə mən hər zaman söyləyirəm ki, cinayət cinayət gətirir. Yəni bir cinayəti yox etmək üçün başqa bir cinayət törətməlisən. Burada da vəziyyət o formadadır. İnsanlar evə əsəblə, stresslə gəlir. Evdə də məişət və digər problemlər insanlar arasında, ailədə dəhşətli dərəcədə uçurum yaradır. Bu uçurum yaranan zaman insanlar artıq bir-birini görmək istəmirlər, bütün günü münaqişədə olurlar. Siz nə qədər ailə münaqişəli ailə kimi qeydiyyata alınıb statistikasını görsəniz o zaman, ümumiyyətlə, dəhşətə gələrsiniz. Boşanma ilə həmin statistikanı müqayisə etsək hələ boşanma sayı azdır hesab edərsiniz”.
Bu sözləri xalqcəbhəsi.az-a Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Mehman Muradlı söyləyib.
M.Muradlı qeyd edib ki, məsələnin digər tərəfi gənc ailələrdə fiziki istək məsələsidir: “Hər şey maddiyyatdan asılı deyil. Eyni zamanda, bu məsələnin tibbi yönü də var. Düşünürəm ki, sosial, sağlamlıq və s. bütün bu məsələlər həllini tapmalıdır. Əgər bu məsələlər həllini tapmasa, ailənin möhkəmlənməsindən danışa bilmərik. Keçmiş dövr başqa idi. Kimsə boşanmaq istəyəndə cütülüyün hər iki tərəfdən ağsaqqallar işə qarışardı və boşanmaya imkan verməzdilər. Yəni o zamanlar insanlar bir-birinə dözə bilirdi. Həmçinin o vaxt dözməyə imkan vardı. Çünki indiki qədər problem yox idi. Amma sırf boşanma statistikasını götürüb onu dəhşətli formada qələmə vermək hesab edirəm ki, düzgün yanaşma deyil. Əsas insanların sağlamlıq məsələsidir. Sağlamlıq məsələsi və digər problemlər həllini tapandan sonra inanın ki, ailədə problem olsa belə, amma faiz nisbəti ilə götürəndə bu qədər dəhşətli problem olmayacaq. Ailədəki problemlər başqa səbəblərdən də yarana bilər. Amma əsas iki səbəbi deyirəm. Onlardan biri sosial problemlər və digəri isə fiziki istəkləri həyata keçirə bilməməkdir. O da sağlamlığa bağlı olan məsələdir”.
Röya İsrafilova