

Rusiya Ukrayna müharibəsinin üçüncü ilində Avropanın bir çox liderləri Kiyevə toplaşıb. Bu, Avropa İttifaqının Ukraynaya sarsılmaz siyasi dəstəyin bariz nümunəsidir. ABŞ prezidenti D.Trampın Ukraynaya qarşı təzyiqləri fonunda Avropa dövlətlərinin qətiyyətli birlik nümayiş etdirməsi V. Zeleskinin mövqeyini kifayət qədər gücləndirdi.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, ABŞ-dan hərbi yardımlar kəsiləcəyi fonunda Avropanın Ukraynaya hərbi dəstəyi artırır. Böyük Britaniya və Fransa kifayət qədər sərt mövqe ortaya qoyub.
Almaniyada anti-Rusiya yönümlü Xiristian-Demokrtaların seçkidə qələbə əldə etməsi, rəsmi Berlinin siyasətində əsaslı dəyişikliklərə gətirib çıxaracaq. Seçkilərdə qələbə çalan partiyanın lideri Almaniyanın ABŞ -dan asılılığına son qoyacağını və Rusiya qarşı Ukraynanı tam dəstəkləyəcəyi mesajını verib. Sabiq kansler O. Şoltsın münaqişəyə spesifik yanaşırdı. Bu da Qərb blokunda müəyyən fikir ayrılıqlarına səbəb olurdu:
"Qeyd edim ki, Avropa dövlətləri anti-Rusiya koalisiyası quraraq D. Tramp V. Putin sövdələşməsinin qarşısını alacaq. ABŞ və Rusiya Almaniyada ifrat sağçı qüvvələrin hakimiyyətə gəlməsi üçün ciddi işlər görməsinə baxmayaraq qələbə əldə etmədilər. Əgər, Almaniya da Rusiya yönümlü qüvvələr hakimiyyətə gəlsəydi, Ukrayna üçün mənfi nəticələri qaçılmaz olacaqdı. Avropa daxilən parçalanacaqdı.
Avropa ittifaqının ABŞ -dan ayrılması, geosiyasi nizamda yeni güc olaraq ortaya çıxır. Bunula da ABŞ başçılıq etdiyi qütb parçalanır. Bununla da Rusiya və ABŞ Avropa ilə bağlı planları fiaskoya uğrayır".
Politoloq bildirib ki, Avropa dövlətləri Ukrayna ilə bağlı siyasətlərındə Türkiyə ilə kordinasiyalı çalışır. Ukrayna lideri Türkiyə ilə əməkdaşlıqda israrlıdır. Türkiyə öz hərbi maşını ilə Ukraynaya ciddi dəstək verəcək. Rusiyanın xarici işlər naziri S.Lavrovun Ankaraya səfər etməsi, məhz Ankaranın Ukrayna siyasətindən narahatlıqdan irəli gəlir. Amma, Ankara öz milli təhlükəsizlik maraqlarını üstün tutaraq Kremllə razılaşmaya getməsi istisnadır:
"Məhz Avropanın Türkiyə ilə münasibətlərini inkişaf etdirməsi, Azərbaycanla bağlı siyasətində müsbət istiqamətdə inkişaf edəcək. Avropa İttifaqı Azərbaycan və Ermənistan məsələsində beynəlxalq hüquqdan çıxış edəcək. Ermənistana birtərəfli şəkildə dəstək verilməsi aradan qalxacaq. Çünki beynəlxalq hüququn ABŞ tərəfindən tanınmaması, Avropa üçün soyuq duş effekti verdi.
Yeni geosiyasi şərtlərə uyğun olaraq Avropa dövlətləri öz iqtisadiyyatlarında hərbi maşın işə salacaq. Yaxın perspektivdə Avropa təkcə iqtisadi mərkəz deyil, həm də hərbi mərkəz olması gözlənilir . Bu da Rusiya üçün çəkindirici faktor olacaq.
Qeyd edim ki, növbəti günlərdə Böyük Britaniya və Fransa liderləri D. Trampla danışıqlar aparmaq üçün ABŞ yola düşəcəklər. D. Trampla danışıqların effektli olması gözlənilmir. Bu görüşdən sonra Böyük Britaniya və Fransa Ukraynaya ordu göndərməsi mümkündür. Növbəti mərhələdə Almaniya da Ukraynaya ordu göndərə bilər.
Rusiya prezidenti V. Putinin D. Trampa arxayın olub, Ukraynanı məğlub etmək planına Avropa seyrçi qalmadı. Bununla da Avropa yeni siyasi iqtisadi və hərbi güc olaraq ortaya çıxır. Növbəti mərhələdə Rusiya üçün çətin sınaqlar qabaqdadır. Vaşinqton Avropa ölkələri kimi, əsas strateji müttəfiqlərinin etimadını itirdi".
Cavid