

“Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında 29 qətnamə qəbul edilib”. Xalqcəbhəsi.az verir ki, bunu Milli Məclisin iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr qeyd edib ki, 15-ci plenar sessiyada Bakı Bəyannaməsi və müxtəlif mövzularda 29 qətnamə qəbul edilib: “Bakı Bəyyanaməsinin bir bəndində Ermənistandan qovulan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış edilib".