

“Bu gün bəşəriyyət fərqindədir ki, dünyanın problemlərinin həlli ABŞ ilə Rusiya arasında münasibətlərin qaydaya salınmasından aslıdır”.
Bunu xalqcəbhəsi.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə bir sıra məsələlərdə bu iki dövlətin fərqli mövqe tutduqlarını, hətta bəzən tamam bir-birinin ziddinə addımlar atdığını bildirərək əlavə edib ki, amma bununla belə bu qarşılıqlı anlaşma dünyanı gərginlikdən, müharibə təhdidindən qurtara bilər: “Bu baxımdan liderlərin görüşünün böyük əhəmiyyəti var. Əvvəlki ABŞ Prezidenti Rusiya ilə hər hansı bir görüşdən, hətta kontaktdan belə imtina edirdi. Lakin yeni ABŞ administrasiyası bu istiqamətdə iki dəfə çox ciddi addım atıb. Qarşıdan hər iki liderin görüşü gözlənilir və ona çox ciddi hazırlıq gedir. Çox istərdik ki, bu görüş baş tutsun. Tərəflər maksimum məsələlər barəsində razılığa gəlsinlər və dünya bu ağrılı problemdən qurtularaq bundan sonra inkişaf, tərəqqi və sülh məsələləri üzərində çox ciddi sürətdə işləsin”.
Röya İsrafilova