

Timoşenko, Poroşenko, yoxsa…
Martın 6-da “Politico” nəşri məlumat yayıb ki, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Vladimir Zelenskinin bir sıra siyasi rəqibləri ilə gizli danışıqlara başlayıb.
Görüşlərdə iştirak edənlər arasında Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko və bu ölkənin keçmiş prezidenti Petro Poroşenko ilə əlaqəsi olan “Avropa Həmrəyliyi” partiyasının əsas nümayəndələri olub. Görüşün əsas məqsədi Ukrayanda yeni seçkilərin keçirilməsini təmin etmək və ABŞ-yə əlverişli namizədi müəyyən edərək ona dəstək verməkdir.
Ukraynanın keçmiş baş naziri və Batkivşina Partiyasının lideri Yuliya Timoşenko ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsinin nümayəndələri ilə danışıqlardan sonra Ukrayna münaqişəsinə dərhal son qoymağa çağırıb. Bu barədə o, sosial şəbəkə hesabında yazıb.
“Müharibə dərhal başa çatmalıdır. Kimsə Avropanın təhlükəsizliyi üçün Rusiyanın “tükənməsi”nin əvəzini Ukraynanın mövcudluğu və yüz minlərlə ukraynalının həyatı bahasına ödəməyə qərar verir? Düşünməzdim ki, onlar bunu bu qədər rəsmi və açıq deməyə cəsarət edəcəklər. Bu, çox şeyi izah edir”, - Timoşenko bildirib.
Qeyd edək ki, Timoşenkonun açıqlamasına səbəb Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kalın Ukraynada hərbi əməliyyatların davam etdirilməsinə dəstək verən sözləri olub. Onun fikrincə, silahlı münaqişə 2029-cu və ya 2030-cu ildən tez başa çatarsa, o zaman Rusiya Avropa üçün təhlükə yarada bilər.
Politoloq Zeynal Əmrəliyev qəzetimizə açıqlamasında deyib ki, hələ ki Tramp administrasiyası Ukrayna müxalifətinin birləşməsinə çalışır. Bu onlara iki məqsəd üçün lazımdır. İlk növbədə birləşmiş müxalifət vasitəsi ilə Zelinski hökumətinə təzyiq mexanizmini gücləndirmək: “Birləşmiş müxalifət istər Ali Rada, istərsə də kənarda hökumətin işini çətinləşdirə bilər. İkinci vacib məsələ isə müxalifətin seçkilərə vahid namizədlə getməsini təmin etməkdir. Bu hal ABŞ-yə istədiyi namizədi Ukraynanın başına keçirmək imkanı verəcək. Hazırda Ukraynada prezidentlik yarışında Zelinskinin potensial rəqibi olaraq ordunun keçmiş baş komandanı, general Valeri Zalujni hesab edilir. Hazırda ölkəsinin Böyük Britaniyadakı səfiri olan Zalujni prezident Zelinski ilə arasında yaranan fikir ayrılığına görə vəzifəsindən uzaqlaşdırılıb. Valeri Zalujni müharibə dövründə tətbiq etdiyi hərbi fəndlərlə xalq arasında yüksək nüfuz qazanıb. Zalujnin nüfuzu güclü olsa da ABŞ-də onun Zelinskini əvəz etməsinə çox da isti baxmırlar. İlk növbədə ona görə ki, keçmiş komandan Rusiyaya qarşı vuruşmuş şəxsdir və heç də təslim olmaq tərəfdarı deyil”.
Politoloq vurğulayıb ki, onun Rusiyaya qarşı mövqeyi kifayət qədər sərtdir. İkinci məsələ isə Zalujnin hərbiçi olması, heç vaxt siyasi fəaliyyətlə məşğul olmamasıdır. Bu debatlarda ona ciddi problem yarada bilər. Nəzərə alaq ki, Ukraynada seçkilərin taleyini həll edən əsas fakt məhz seçki dövründə namizədlər arasında keçirilən gərgin debatlardır. Buna görə də ABŞ keçmiş prezidenti Petro Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenko üzərindən seçim etməyə çalışır: “Hazırda həm Poroşenkonun, həm də Tımaşenkonun nüfuzu Zelinskidən aşağıdır. Qərb bir dəfə Timoşenkonun əli ilə Ukraynada inqlab edə bilib. 2004 - cü ilin sonlarında Kiyevdə baş tutan "Narıncı inqilab" əsas liderlərindən məhz xanım Timaşenko idi. O, baş nazir olduğu dövrdə də Qərblə əməkdaşlığı yüksək səviyyədə tutması ilə yadda qaldı. Ancaq nəzərə alaq ki, Rusiya ilə Ukraynada arasında əldə edilmiş təbii qaz anlaşmasının əsas memarı da məhz Yuliya Timoşenkodur. Onun Rusiya danışıqlarda Moskva və Vaşinqtonun istəklərini yerinə yetirməsi ehtimalı böyükdür. Keçmiş prezident Poroşenkonun da yenidən ölkə rəhbərliyənə gəlməsi güclü ehtimaldır. Ancaq keçmiş prezident həm müharibədən əvvəl, həm də müharibə sonrası Rusiyaya qarşı sərt mövqe ilə seçilirdi. Nəzərə alaq ki, Poroşenko Maydan hadisələrindən sonra hakimiyyətə gəlmişdi, bu baxımdan onun namizədliyi bir qədər müzakirəli görünür. ABŞ Ukraynada hakimiyyəti dəyişmək üçün ilk növbədə hərbi vəziyyətin ləğvinə nail olmalıdır. Bunun üçün isə müharibənin dayandırılması vacibdir. Bu onu deməyə əsas verir ki, atəşkəs müqaviləsini elə Zelinski ilə imzalamalı olacaqlar”.
Bəs məsələ ilə bağlı ukraynalı politoloqlar nə düşünürlər?
Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us bildirib ki, Trampın adamları ilə Timoşenkonun görüşü onu göstərir ki, Tramp komandasının Ukraynadakı vəziyyətlə bağlı məlumatlılıq səviyyəsi aşağıdır. Əlbəttə, Timoşenkonun dəstəyi var, lakin kifayət qədər aşağı səviyyədədir: “Sorğular onun 3,7 % dəstəklədiyini göstərir. Müqayisə üçün qeyd edək ki, Zelenskinin reytinqi 21,9 % təşkil edir (və Ağ Evin Oval kabinetindəki sərt söhbətdən sonra onun reytinqi yüksəlib). Timoşenkoya gəlincə, o, Ukraynada altıncı yerdədir. Yanukoviçə gəlincə, o, 2014-cü ildə Maydan cinayətlərinə görə axtarışdadır. Və reytinqlərdə onun adı çəkilmir. Birləşmiş Ştatlar Zelenskiyə təzyiq göstərir, onun potensial rəqibləri ilə işlədiklərini eyham edir. Lakin sosiologiya göstərir ki, reytinqi Zelenskinin reytinqindən yüksək olan yeganə şəxs Ukraynanın Böyük Britaniyadakı səfiri Zalujnıdır (reytinq 37,4 %), lakin o, heç nə ilə məşğul olmaq fikrində deyil. Üçüncü yerdə Poroşenko qərarlaşıb - 7,7 %”.
“Qadınların Geosiyasi Alyansı” QHT-nin prezidenti Svetlana Salamatova isə deyib ki, Yuliya Timoşenkonun Respublikaçılar Partiyası ilə sıx əlaqədə olması təəccüblü deyil: “Əminəm ki, respublikaçıların düşüncəsi ona demokratlardan daha yaxındır. O, uzun müddətdir ki, bu münasibətləri şüurlu şəkildə inkişaf etdirir. Onun hakimiyyətdə olduğu müddətdə komandasına cənab Culianiyə və müvafiq olaraq Trampa yaxın adamlar daxil idi.
Onun respublikaçı dəyərləri də bölüşən rus elitasına yaxınlığı həm də Respublikaçılar Partiyası vasitəsilə ABŞ-la sıx əlaqəyə işarə edir. Onu da unutmaq olmaz ki, Amerika dəyərlərini bölüşən demokratik ölkə kimi Ukraynada həmişə həm Respublikaçı, həm də Demokrat partiyaları təmsil edən ofislər olub.
Demokrat Partiyası həmişə Ukrayna elitasında daha böyük maraq doğurub, lakin bu, Respublikaçılar Partiyasının ofisinin təmasların sayında itkisi demək deyil.
Və unutmaq lazım deyil ki, Yuliya Timoşenko siyasi karyerasının pik dövründə həm ABŞ-də, həm də Avropada inanılmaz populyarlıq qazanıb. Təbii ki, bu görüntü bu gün də davam edir. Bu, bu il onun fevral ayında Vaşinqtona 18-ci dəfə keçirilən illik tədbir - Milli Ukrayna səhər yeməyinin bir hissəsi kimi Çay Partiyasında məruzəçi kimi iştirak etməsi ilə sübut olunur”.
O, qeyd edib ki, Vaşinqtonda Ukrayna həftəsi çoxlu sayda görüşlərlə doludur. Bu həftə ABŞ senator və konqresmenlərinin qapıları ukraynalıların üzünə açıqdır. Ona görə də xanım Timoşenko və Trampın sövdələşmə nəzəriyyəsi işləmir. Bu, hər iki tərəf üçün bir-birini daha yaxından tanımaq, öz mövqelərini aydınlaşdırmaq və ya çatdırmaq, Amerika elitasının yeni tərkibində öz yerini tapmaq üçün əla fürsətdir: ““Ukrayna həftəsi”nin çoxsaylı iştirakçılarının açıq nəşrlərindən öyrənirik ki, Tramp administrasiyası Ukraynada sağçı radikal qadınlar arasından Ukraynanın yeni prezidenti axtarır: “Bu doğru görünür, amma mən düşünmürəm ki, xanım Timoşenko və onun “Batkivşina” partiyası Ukraynada sağçı radikal fikirlərin daşıyıcılarıdır.
Hətta onun partiyasına milyardlarla dollarlıq maliyyə resursları yeridilsə belə, Yuliya Timoşenkonu Marqaret Teylor Qrinə çevirmək mümkün olmayacaq.
Yuliya Timoşenko ilə Donald Tramp arasında mümkün danışıqlar və razılaşmalardan danışsaq, bəli, əminliklə deyə bilərik ki, müsbət nəticə ola bilər. Yuliya Timoşenko “sövdələşmə” səviyyəsində işləməyi bilir.
Onun Ukrayna və ABŞ qadınları qarşısında “Bağışlanma və barışıq” mövzusunda çıxışı Ukraynanın bütün nümayəndələrini qəzəbləndirdi və bu, tamamilə yanlış zamanda qaldırılan bir mövzu idi və Ukraynanın baş naziri vəzifəsini tutan şəxs xüsusi qəzəb doğurdu və partiyasının həm Ukrayna parlamentində, həm də Ukraynanın bütün bölgələrində yerli idarəetmədə ciddi təmsilçiliyə malik idi və tam gücündən super bonuslar almaq istəyinə qarşı dura bilmədi”.
Yuliya Timoşenko isə kürsüyə Respublikaçılar Partiyasının nümayəndələrinin deyil, onların rəqiblərinin dəvəti ilə çıxıb. Bəli, zalda Yanukoviçin, Poroşenkonun, Kliçkonun yaxın ətrafının nümayəndələri, həmçinin Zelenskinin komandasının nümayəndələri var idi: “Ona görə də mən sövdələşmə nəzəriyyələrinə inanmıram, amma inanıram ki, Yuliya Timoşenko Tramp komandasından maraqlı təklifi qəbul etməyə hazırdır. Onun üçün “intiqam” sözü, eləcə də cənab Poroşenko üçün çox xoşdur.
Amma mənim xüsusi vurğulamaq istədiyim odur ki, xanım Timoşenkonun Vaşinqtonda Ukrayna mövqeyinin nümayəndəsi kimi bir neçə günlük qalması Oval kabinetdə gözümüzün qarşısında baş verənlərə öz töhfəsini verib.
“Biz sizin məşhur turlarınızı bilirik” ifadəsi (Rusiya ordusunun Kiyev yaxınlığında ələ keçirməyə çalışdığı İrpen, Buça və digər şəhərlərə) Ukraynanın eks-prezidenti Poroşenkonun rəhbərlik etdiyi Ukrayna mövqeyinin ümumi ifadəsidir.
Uzun illər Ukraynanı Böyük Demokratiya ölkəsinə çevirmək imkanı əldə etmiş, azadlığını və xoşbəxtliyini hiss etdiyi hər bir vətəndaşın Vaşinqtonda bu cür kommunikasiya işlərini qəbuledilməz hesab edirəm.
Ukraynada siyasi inqilab mümkündürmü sualınıza qısa və yığcam cavab verə bilərəm. Əlbəttə bəli. Sual olunur ki, kimin namizədi qalib gələcək? Rusiyapərəst və ya amerikapərəst, baxmayaraq ki, indi seçim yoxdur.
Ukraynaya ukraynapərəst biri lazımdır. Sual olunur ki, ukraynalılar Ukrayna ordusunu maliyyələşdirdikləri kimi öz namizədlərini də maliyyələşdirməyə hazırdırlarmı? Yoxsa, o zaman amerikapərəst mütləq qalib gələcək”.
Cavid