

ABŞ-la İran arasında davam edən gərginlik pik nöqtəsinə çatır. Qarşılıqlı təhdidlər, diplomatik cəbhədə davam edən soyuq müharibə mövcud gərginliyi xeyli dərinləşdirdi. İran prezidenti Məsud Pezeşkian seçki dönəmində bütün dövlətlərlə qarşılıqlı əməkdaşlığa önəm verəcəyini bəyan edirdi. Amma, lakin prezidentlik dövründə Pezeşkianın belə addımlarının mühafizəkarlar tərəfindən qarşısının alındığı gerçəklidir. İndi artıq İrana qarşı hücumlar, bu ölkənin hərbi obyektlərinin bombalanması reallığa çox yaxındır.
Bunu "Xalq Cəbhəsi"nə siyasi şərhçi Əkrəm Bəydəmirli deyib.
Onun sözlərinə görə, müşahidələrimizə görə, rəsmi Tehran dərk edir ki, qeyri-standart, dəlisov siyasətçi ABŞ prezidenti Donald Tramp İrana hər an hücum əmrini verə bilər. Ona görə, qorxulu Tehranın yuxuları ərşə çəkilir. Amma Cənub qonşumuz qorxunu büruzə vermir. Hətta İranın ali rəhbəri Ayətullah Əli Xameneinin ordunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirdiyini bildirib. Hətta dini rəhbər 6 ölkəyə xəbərdarlıq göndərərək bildirib: “ABŞ-ın mümkün hücumuna hər hansı dəstək, o cümlədən sözügedən ölkənin qoşunlarının yerləşdirilməsi və hava məkanından istifadə üçün ərazinin verilməsi düşmənçilik aktı kimi qiymətləndiriləcək. Belə bir hərəkətin onlar üçün ağır nəticələri olacaq”.
"Adında islam olsa da, islami dəyərlərə əməl etməyib, hər zaman terrorçu, məscidləri, dini abidələri dağıdan Ermənistana qucaq açan İranın indiki acınacaqlı aqibəti göz qabağındadır. Biz yalnız və yalnız İrandakı 40 milyona yaxın soydaşlarımıza görə narahatıq. ABŞ tərəfdən İranın yalnız hərbi infrastrukturlarına hücüm ola bilər. Yaşayış məntəqələrinin, mülki vətəndaşların zərər çəkməyəcəyini ehtimal etmək olar.
Biz bütün anlarda prosesləri dərindən izləyərək, yaranacaq situasiyalara hazır olmalıyıq. Regionda sabitlik və ümumilikdə İranın xilası türk dövlətinə çevrilməsindən başlaya bilər" - vurğulayıb politoloq.
Cavid