Türkiyə Suriyada hərbi baza yaratsa... - Netanyahu Gündəm

Türkiyə Suriyada hərbi baza yaratsa... - Netanyahu

İsrail Türkiyənin Suriyada hərbi bazalar yaratmasına qarşıdır.

Xalqcebhesi.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-a səfərinin yekunları ilə bağlı açıqlamasında deyib.

"Türkiyə Suriyada hərbi bazalar qurmaq istəyir və bu, İsrail üçün təhlükəlidir. Biz buna qarşıyıq. Buna qarşı hərəkət edirik”, - deyə o bildirib.

“Mən Prezident Trampa dedim: Sən mənim dostumsan, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dostusan və sənin köməyinə ehtiyacımız olsa, sənə müraciət edəcəyik”, - Netanyahu əlavə edib.