

“"Yeni dünya nizamına doğru" mövzusunda keçirilmiş beynəlxalq forumda birinci əsas istiqamət Azərbaycanın yeni dünya nizamına doğru mövzusunda qəti mövqeyi ortaya qoyuldu”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Şakir Ağayev deyib.
Ş.Ağayev qeyd edib ki, forumda Azərbaycanın bundan sonra yürüdüləcək əsasən xarici siyasətinin prioritetləri, istiqamətləri müəyyən olundu: “Azərbaycanın Cənubi Qafqazdakı mövqeyi, Ermənistan Azərbaycan əlaqələri, Ermənistan Avropa Birliyi münasibətləri, Azərbaycan ABŞ münasibətlərinin gələcək istiqamətləri və Azərbaycanın türkdilli dövlətlərlə münasibətləri bütün bu prioritetlər bir daha vurğulandı. Azərbaycanın yeni dünya nizamında tutduğu mövqe bir daha təqdim olundu. Bir daha göstərildi ki, coğrafi mövqeyindən, siyasi iqtisadi potensialından asılı olaraq Azərbaycan bu proseslərdə fəal iştirak edir və etməkdə davam edəcək”.
Röya İsrafilova