Azərbaycanda ən çox viza bu ölkələrə verilib - Siyahı Gündəm

Azərbaycanda ən çox viza bu ölkələrə verilib - Siyahı

2024-cü ildə Azərbaycanda ən çox hansı ölkələrə viza verilib?

Xalqcebhesi.az xəbər verir ki, Modern.az Nazirlər Kabinetinin hesabatında bu suala cavab axtarıb.

Məlum olub ki, ötən il Azərbaycanda ən çox viza verilən ölkə Amerika Birləşmiş Ştatlarıdır (2 323 viza). ABŞ-dan viza almaq üçün ümumilikdə 2 437 müraciət daxil olub.

Siyahıdakı digər ölkələr aşağıdakılardır:

Birləşmiş Krallıq: 1 878 müraciət, 1 818 viza

Braziliya: 1 365 müraciət, 1 323 viza

Nigeriya: 1 359 müraciət, 1 304 viza

Almaniya: 1 128 müraciət, 1 094 viza

Hindistan: 1 019 müracit, 999 viza

Keniya: 898 müraciət, 873 viza

İtaliya: 783 müraciət, 762 viza

Yaponiya: 757 müraciət, 746 viza

Kanada: 704 müraciət, 686 viza