Azərbaycanın ortamüddətli dövrdə dövlət borcu proqnozu açıqlanıb Gündəm

Azərbaycanın ortamüddətli dövrdə dövlət borcu proqnozu açıqlanıb

2025-ci ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 29 milyard manat səviyyəsinəvəya proqnozlaşdırılan ÜDM-in 22,2 faizinə çatacağı gözlənilir.

Bu barədə Xalqcebhesi.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, ortamüddətli (2026-2029-cu illər) dövrün sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 32,7 milyard manat səviyyəsinə çatacağı və 2029-cu il üzrə proqnozlaşdırılan ÜDM-in 20,1 faiz səviyyəsində olacağı gözlənilir.