Ən çox silah alan ölkələr: Azərbaycan neçəncidir? - Siyahı Gündəm

Ən çox silah alan ölkələr: Azərbaycan neçəncidir? - Siyahı

Rusiyanın Dünya Silah Ticarətinin Təhlili Mərkəzi 2024-cü ildə hərbi məhsulların tədarükü üçün bağlanmış müqavilələrin həcminə görə iyirmi ən böyük silah alan ölkənin reytinqini təqdim edib.

Xalqcebhesi.az xəbər verir ki, təqdim olunan rəqəmlər yalnız 2024-cü ildə silah və hərbi texnikanın alınması üçün bağlanmış kommersiya müqavilələrini ehtiva edir.

2024-cü ildə adi silahların idxalı üçün bağlanan müqavilələrin həcmi BMT Reyestrinin təsnifatına görə, 122,071 milyard dollar təşkil edib.

Tam siyahını təqdim edirik:

1. Polşa – 15,625 milyard dollar

2. Rumıniya – 10,251 milyard dollar

3. Hindistan – 9,410 milyard dollar

4. İsrail – 8,2 milyard dollar

5. Hollandiya – 7,922 milyard dollar

6. Türkiyə – 7 milyard dollar

7. İraq – 5,189 milyard dollar

8. Cənubi Koreya – 3,611 milyard dollar

9. Səudiyyə Ərəbistanı – 3,605 milyard dollar

10. İndoneziya – 3,519 milyard dollar

11. Almaniya – 3,092 milyard dollar

12. Serbiya – 3,006 milyard dollar

13. Yaponiya – 2,854 milyard dollar

14. Norveç – 2,845 milyard dollar.

15. Misir – 2,4 milyard dollar.

16. Azərbaycan – 2,220 milyard dollar.

17. ABŞ – 2,073 milyard dollar

18. Avstriya – 2,068 milyard dollar.

19. Yunanıstan – 1,950 milyard dollar.

20. Litva – 1,796 milyard dollar.