

23 Aprel 21:36
23 Aprel 19:56
23 Aprel 19:33
Aprelin 23-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cövdət Yılmaz arasında telefon danışığı olub.
Xalqcebhesi.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı əsnasında İstanbul şəhərində baş vermiş silsilə zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycanın hər zaman olduğu kimi bu çətin məqamda da qardaş Türkiyənin yanında olduğu bildirilib.
Hazırda Türkiyənin aidiyyəti qurumları tərəfindən bölgədə qiymətləndirmə, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan tədbirlər müzakirə olunub.