
Türkiyədən Ermənistanla bağlı bəyanat: Rədd edirik!
24 Aprel 22:43
24 Aprel 22:43
24 Aprel 21:17
24 Aprel 21:14
1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərə və beynəlxalq hüquqa zidd şəkildə verilən bəyanatları tamamilə rədd edirik. Keçmişdə yaşanmış ağrı-acıları siyasi məqsədlərlə istismar etməyə yönəlmiş bu cür cəhdlərin heç bir hüquqi və mənəvi əsası yoxdur.
Xalqcebhesi.az xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mövzu ilə bağlı bəyanatında yer alıb.
Bildirilib ki, Türkiyə həm qlobal səviyyədə, həm də öz regionunda daim sülhü, dialoqu, qarşılıqlı anlayışı və ortaq rifahın inkişafını müdafiə edib:
“Ölkəmiz bu anlayış çərçivəsində 1915-ci il hadisələrinin ədalətli və elmi şəkildə araşdırılması məqsədilə arxivlərini açmış və Ortaq Tarix Komissiyasının yaradılmasını təklif etmişdir. Radikal dairələrin tarixdən düşmənçilik yaratmaq cəhdlərinin təşviq edilməməsinin zəruriliyinin bir daha xatırladaraq Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinə dəstək çağırışımızı təkrar edirik”.
Qeyd edək ki, bu gün (24 aprel) ermənilər qondarma "soyqırım"ın 110 illiyini qeyd edir. Bu məqsədlə İrəvanın mərkəzində təşkil edilən mitinq-yürüşlərdə Türkiyə və Azərbaycan bayraqları yandırılıb, terror çağırışı edilib.