ATƏT Azərbaycan-Ermənistan sülh danışıqlarına dəstəyini ifadə etdi Gündəm

ATƏT Azərbaycan-Ermənistan sülh danışıqlarına dəstəyini ifadə etdi

Mən Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını yüksək qiymətləndirirəm. ATƏT bu istiqamətdə tərəflərə daim dəstək olacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu fikri ATƏT-in Baş katibi Ferudin Sinirlioğlu aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında söyləyib.

O vurğulayıb ki, davamlı sülhə nail olmaq üçün danışıqlar və dialoq prosesi mütləq şəkildə davam etdirilməlidir.