Roma Papası dəfn olunub - YENİLƏNİB Gündəm

Roma Papası dəfn olunub - YENİLƏNİB

Roma Papası Fransisk Vatikanda dəfn olunub.

APA xəbər verir ki, o, Santa Maria Maggiore bazilikasında dəfn edilib.

Mərasimə Kardinal Kollegiyasının dekanı kardinal Covanni Battista Re rəhbərlik edib.

Dəfn mərasimində dünya liderləri və yüz minlərlə insan iştirak edib.

Qeyd edək ki, Papanın vəfat etdiyi gündən bəri təxminən 250 min nəfər Müqəddəs Pyotr Bazilikasına gələrək onunla vidalaşıb.

***

11.52

Vatikanda Roma Papası Fransiskin dəfn mərasimi keçirilir.

APA xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.

Mərasimə dövlət və hökumət başçıları, ruhanilər və dünyanın müxtəlif yerlərindən gəlmiş qonaqlar qatılıb.

Dəfn mərasimində təxminən 140 min insanın iştirak etdiyi bildirilir.

Qeyd edək ki, mərasim Vatikanın Müqəddəs Pyotr meydanında təşkil edilib və xüsusi təhlükəsizlik tədbirləri görülüb.

Azərbaycanı dəfn mərasimində Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.

Xatırladaq ki, Papa Fransisk aprelin 21-də, 88 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib. O, 2013-cü ildən bəri Roma Papası vəzifəsini icra edirdi və katolik dünyasının ilk Latın Amerikalı papası kimi tarixə düşmüşdü.

Roma Papası dəfn olunub - YENİLƏNİB