“Yeni iqtisadi strategiya bu sahədə islahatların dərinləşməsinə xidmət edəcək”-Vüqar Bayramov İqtisadiyyat
“Bu gün cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsindən 4 il keçir. Cənab Prezident 4 il öncə andiçmə mərasimində çıxışı zamanı bəyan etdi ki, növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov qeyd edib. Millət vəkili bildirib ki, ötən 4 il də Azərbaycan tarixinə xüsusi dövr kimi daxil oldu: “2018-ci ildən başlayaraq Azərbaycanda yeni sosial paketlərin tətbiqinə başlanıldı. Ötən müddətdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırıldı. Bu ilminimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) 43% üstələyəcək. Xalis minimum əmək haqqının ortaaylıq əmək haqqındakı payında da ötən müddətdə artımlar qeydə alındı. Həmin nisbət 2018-ci ildəki 26,5%-dən 2019-cu ildə 33,3%-ə, 2020-ci ildə 38%-ə yüksəlib, 2022-ci ildə isə 40 %- səviyyəsinə yüksələcək. Bu müddətdə minimum pensiya məbləği 2,2 dəfə artırılaraq 110 manatdan 240 manata çatıb. Təbii ki, buislahatlar əvvəlki illərdə həyata keçirilən iqtisadi siyasətin nəticəsində mümkün oldu.
Son 4 ildə Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyi də kəskin şəkildə güclənib. Çox sahəli xarici siyasət 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfərin daha damöhkəmlənməsinə gətirib çıxarır. Rusiya-Ukrayna müharibəsi fonunda yaranan yenidüzən və reallıq kontekstində bu daha da aydın müşahidə olunmaqdadır. Brüsseldə keçirilən songörüş və əldə olunan razılaşmalar bunu bir dahatəsdiq etdi. Azərbaycan hər zaman Avropaİttifaqı daxil olmalqa beynəlxaq təşkilatlar ilə əməkdaşlığın geclənməsinə önəm verir. Etirafetmək lazımdır ki, Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları, mütəmadi telefondanışıqları və rəsmi dialoqların təşkil edilməsini Cənubi Qafqaz regionunda sülh və stabitliyinbərqərar olmasında mühüm amil kimi görür.
2022-2026-cı illər əhatə edəcək yeni iqtisadistrategiya bu sahədə islahatların dərinləşməsinə xidmət edəcək. Əsas milli prioritetlər üzrə Azərbaycan iqtisadiyyatında diversifikasiyanın genişlənəcəyi gözlənilir. Böyük Qaydış Proqramı dayanıqlı iqtisadi nəticələri daha damöhkəmləndiriəcək.
Artıq həm dünyada, həm də regionda yenidüzən formalaşır. Əminik ki, cənab Prezidentİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan budövrdə də yeni uğurlara imza atacaq”.
Əli